Yuxarı

Ərdoğan tam qələbə qazana biləcəkmi? – Toğrul İsmayıl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Türkiyədə ilk dəfə yeni sistemlə prezident seçkiləri keçiriləcək. Həm də türk seçici ilk dəfə həm prezidenti, həm də parlamenti bir gündə seçəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, ikinci tur ehtimalı çox yüksək görünür:

“Müxalifət ikinci tura böyük ümid bəsləyir. İqtidar isə ilk turda qələbə qazanmaq niyyətindədir. Bu gün hakim partiyanın səsi digərlərindən çoxdur. Ərdoğanın özünün də təkbaşına səsi kifayət qədərdir. Türkiyədə hazırda səs alma faizinə görə Ərdoğanla müqayisə olunacaq lider yoxdur. Bu, bir lider üçün əslində çox ciddi göstəricidir. Amma bundan öncə olan referendumda prezidentlik üsul-idarəsinə keçməyə bəzi böyük şəhərlərdə əhali etiraz etmişdi. Bu problem hələ də qüvvədə qalır. Belə məsələlər iqtidarın xeyrinə deyil. Türk seçicisinin isə nəyə qərar verəcəyi sabahkı səsvermənin nəticəsində bilinəcək”.

Ekspert vurğulayıb ki, çox vaxt prezident seçkiləri önə çəkilir, parlament seçkiləri isə unudulur:

“Bunu isə burada unutmamaq lazımdır. Çünki Türkiyədə sabah keçiriləcək seçkilərin maraqlı nəticələri ola bilər. Belə ki, sabahkı seçkilərdə Ərdoğan prezident seçilərsə və parlamentdə çoxluğu əldə etməzsə, müxalifət parlamentdə səs çoxluğunu qazanarsa, Türkiyə təkrar seçimlərə gedə bilər. Bunun əksi də baş verə bilər. Bu baxımdan sabah keçiriləcək seçkilər Türkiyə üçün çox əhəmiyyətlidir”.

Ekspert sabah keçirilən seçkilərin Türkiyə-Azərbaycan əlaqələrinə necə təsir edəcəyinə də münasibət bildirib:

“Türkiyə-Azərbaycan münasibətlərinə bunun hər hansı təsirini düşünmürəm. Çünki bu münasibətlər şəxslərdən asılı deyil. İki ölkə arasında dövlətlərarası, xalqlararası münasibətlər mövcuddur. Burada hər zaman birmənalı olaraq “bir millət-iki dövlət” prinsipi işləyir. Yəni qardaş xalqlar arasında münasibət daim inkişaf edəcək”.

Qeyd edək ki, Türkiyədə 24 iyunda növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.

Tarix
2018.06.23 / 16:16
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla