Yuxarı

Bu aksiyalara çox böyük ehtiyac var - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə “Azərpoçt” MMC tərəfindən təşkil olunan “Əsgərə məktub” kimi aksiyalara çox böyük ehtiyac var. Layihə çərçivəsində hər bir azərbaycanlının əsgərimizə, bir hərbçiyə öz arzu və istəklərini məktub vasitəsilə çatdırması bu insanlara həm də xoş əhval-ruhiyyə bəxş etmək, onlara mənəvi dayaq olmaqdır.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva iyunun 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı keçirdiyi aksiyada jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məktubla əsgərlərə kiçik də olsa hədiyyə göndərmək imkanının yaradılması ilə təşkilatçılar gözəl bir iş görüblər.

Q.Paşayevanın fikrincə, belə missiyalar davamlı olmalıdır. Müxtəlif bayramlarda da əsgərlərə məktub və hədiyyə göndərmək imkanı yaratmaq, onlara sevinc hissi bəxş etmək çox gözəl təşəbbüsdür. Bununla əsgərlərimiz özünü fərqli bir ruhda hiss edirlər.

Dəfələrlə cəbhə bölgələrində olduğunu deyən Qənirə Paşayeva belə aksiyaların əsgərlərimiz üçün böyük məna daşıdığını və onu böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını vurğulayıb.

Tarix
2018.06.23 / 19:20
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla