Yuxarı

Ordumuzun diversiya keçirməsi ilə bağlı - Rəsmi açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün erməni mətbuatında düşmən əsgərin cəsədinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyindən Azərtac-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

Azərbaycan Ordusunun istənilən gündəlik fəaliyyəti düşmən tərəfində xof və təşvişə səbəb olur. Ordumuzun bölmələri heç bir diversiya fəaliyyəti həyata keçirməyib.

Ermənistan mətbuatının yaydığı məlumatlar həqiqətə uyğun deyil və yalnız ölkə ictimaiyyətinin diqqətini ordusundakı özbaşınalıqlardan və artan qeyri-döyüş itkilərdən yayındırmağa yönəlib.

Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

Tarix
2018.06.23 / 18:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla