Yuxarı

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın İrana səfər etmək istəməsi o anlama gəlməlidir ki, Ermənistan İranla bağlı siyasətini dəyişməyəcək, əksinə, bunun daha da inkişaf etdirilməsi üçün İran rəsmilərindən xahişlər edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, əslində hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan İranla əlaqələrin inkişafında həmişə maraqlı olacaqdır:

“Bu, İrana olan böyük rəğbət, məhəbbətdən deyil, Ermənistana həyatı mənada vacib olan şərtdən doğan istəkdir. Bilirik ki, Ermənistanın Türkiyə ilə sərhədləri bağlıdır, Azərbaycanla isə müharibə vəziyyətindədir. Yalnız İran vasitəsilə ilə müxtəlif iqtisadi proyektlər həyata keçirə bilər. Daha doğrusu, İran Ermənistana əvvəllər olduğu kimi müxtəlif yardımlar və yatırımlar edə bilər. İranın da bu məsələdə maraqları rəsmi İrəvana olan simpatiyasından qaynaqlanmayıb. Çoxları həmişə İranı qınayıblar ki, Azərbaycanın ərazilərini işğal edən, müsəlman əhalisini qətlə yetirən bir dövlətlə çox yaxından əməkdaşlıq etməklə, Azərbaycana olan real münasibətini ortaya qoyub. Yəni islam dövləti adlandırılsa da, islami dəyərələrlə ziddiyət təşkil edən bu şəkildə xarici siyasət yürütməsi hətta İran daxilində belə zaman-zaman etirazlara səbəb olub. Amma bütün bunlara baxmayaraq, siyasi çıxarları naminə hər iki dövlət əlaqələrini davam elətdirir”.

Ekspert vurğulayıb ki, Paşinyanın baş tutacaq səfərində də əsas danışıqlar Ermənistanla strateji sahələrdə əməkdaşlığın genişləndərilməsi ətrafında aparılacaq:

“Biz bilirik ki, İran Ermənistanda indiyədək müxtəlif iqtisadi layihələr həyata keçirib və bundan sonra da davam etdirmək niyyətindədir. Əvəzində çox güman ki, İrəvan da siyasi sahədə müxtəlif məsələlərdə İrana dəstək verməklə, qarşılıqlı jestlərini edəcək. Hesab edirəm ki, Paşinyan ilk növbədə İran hakimiyyətini inandırmağa çalışacaq ki, münasibətlərdə hər hansı dəyişiklər olmayacaq. Yəni yeni hökumətin Qərbə meyilli olmasını deyənlər olsa da, Qərbin İranla bağlı siyasətinə dəstək verməyəcək”.

Ekspert qeyd edib ki, burada Rusiya faktorunu da nəzərə almaq lazımdır:

“Rusiya ilə hərbi-iqtisadi bloklarda təmsil olunan bir dövlət həmin blokların siyasətinə istəsə belə zidd gedə bilməz. Nəticə olaraq demək istəyirəm ki, bu səfər son 26 ildə olan səfərlərdən biri kimi olacaq və ona xüsusi önəm verməyə də dəyməz. Zatən hər iki dövlətin bir-birinə də, Azərbaycana da münasibətləri ayrı-ayrılıqda həmin zamandan bəllidir”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrana səfər etməyə hazırlaşır.

Tarix
2018.06.24 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla