Yuxarı

Azay Quliyev: “Xəstə təxəyyüllü prezidentin çıxışı paradoksdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyev: “Xəstə təxəyyüllü prezidentin çıxışı paradoksdur”

"Xəstə təxəyyüllü bir dövlət başçısının NATO kimi bir təşkilatın tribunasına çıxaraq, təhlükəsizlik və sülhdən danışması böyük paradoksdur".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Ermənistan Prezidenti Serj Sərkisyanın NATO-nun sammitinə qatılmasını şərh edərkən deyib:

"NATO Dağlıq Qarabağ münaqişəsinə dəfələrlə münasibət bildirsə də, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı hələ də konkret bir mövqe ortaya qoymayıb. Başqa bir məqam - təəssüflər olsun ki, dünən ABŞ Dövlət katibi Con Kerrinin iştirakı ilə keçirilən görüşdə ATƏT-in Minsk Qrupu üzv ölkələri Ermənistana nəinki sanksiyalar tətbiq etməkdən danışıb, hətta bu haqda öz laqeyd mövqelərini ortaya qoydular. Hesab edirəm ki, bu gün işğal olunmuş ərazilərin boşaldılmamasına, təmas xəttində erməni təxribatlarına və bunun nəticəsində çoxlu sayda itkilər verməyimizə diqqətin yetirilməməsi beynəlxalq təşkilatların, həmsədr ölkələrin bizə qarşı böyük hörmətsizliyinin göstəricisidir. İşğalçı Ermənistan mütləq cəzalandırılmalıydı. Ermənistan kimi işğalçı bir dövlətin NATO-nun sammitinə buraxılmasını kökündən yanlış hesab edirəm. Xəstə təxəyyüllü prezidentin NATO kimi bir təşkilatın ali tribunasından təhlükəsizlik və sülhdən danışması paradoksdur. "Xocalı" faciəsi boyda bir soyqırımı həyata keçirən şəxslərdən birinə sammitdə söz verilməsi NATO-nun imicinə böyük zərbədir".

Xatırladaq ki, NATO-nun Uels sammiti bu gün başa çatır.

Tarix
2014.09.05 / 21:35
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla