Yuxarı

Ərdoğan qalib gəlməsəydi, Türkiyəni… - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğanın qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından çox mühüm bir hadisədir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu Türkiyədə 24 iyun seçkilərinin nəticəsini şərh edərkən deyib.

Deputat bildirib ki, Türkiyənin qədəm qoyduğu yeni mərhələ qardaş ölkənin gələcək yerinin müəyyənləşməsi baxımından da önəmli rol oynayacaq:

“Türkiyənin yerləşdiyi geostrateji bölgə də daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan bir siyasi coğrafiyadır. Bu təhdidlərin mənbəyi olan bir sıra imperialist mərkəzlər həmin coğrafiya üzərində hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar. Belə kritik mərhələdə Türkiyənin regionun ən güclü aktyoru kimi sərgilədiyi davranışlar həm qardaş ölkənin, həm də bütövlükdə regionun siyasi gələcəyi üçün olduqca vacib idi. Ya Türkiyə xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək, ya da müsəlman şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdi. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi. Cümhur İttifaqının qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından çox mühüm bir hadisədir”.

Qeyd edək ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri baş tutub. Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan 52,5% səslə qalib gəlib.

Tarix
2018.06.25 / 16:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla