Yuxarı

Qonşumuzda dollar kəskin bahalaşdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda hazırda dollar tapmaq müşkül məsələyə çevrilib.

Axar.az xəbər verir ki, bu sözləri İranda növbəti devalvasiyanın baş verməsi haqda danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, İranda milli valyutanın kursu Türkmənistanda olduğu kimi ikilidir:

“Rəsmi kurs dəyişməsə də, yəni 1 dollar 42 min rial olsa da, qara bazarda dolların kursu 65 min rialdan qəflətən 87 min riala qədər yüksəlib. Nəinki ölkədən valyuta çıxarmağa limit tətbiq edilib, hazırda dollar tapmaq sadəcə müşkül məsələyə çevrilib”.

İ.Şaban İran mili valyutasının devalvasiyasının ölkəmizə təsirindən də söz açıb:

“Bu, Azərbaycan üçün yaxşı xəbər deyil. Çünki ABŞ-ın sanksiyalarından dolayı İrandan ölkəmizə turist axını azalacaq”.

Qeyd edək ki, İranın milli valyutası rial yenidən devalvasiyaya uğrayıb. Buna qarşı bu gün İranda aksiyalar da keçirilib.

Tarix
2018.06.25 / 21:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla