Yuxarı

Avropa İttifaqı GUAM ilə əməkdaşlığa başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa İttifaqı GUAM ilə əməkdaşlığa başlayır

Vilnüsdə Şərq Tərəfdaşlığı Sammitindən sonra GUAM Aİ-GUAM birgə layihələrinin həyata keçirilməsi üçün platforma ola bilər. GUAM-a üzv olan ölkələrin XİN rəhbərləri belə hesab edirlər.

Qurumun katibliyindən verilən məlumatda bildirlir ki, xüsusilə söhbət energetika, nəqliyyat, ticarət, turizm, təhsil, beynəlxalq cinayətkarlıqla mübarizə sferalarında əməkdaşlığın perspektivlərindən gedir. Bu barədə Cümə günü Vilnüsdə keçirilən sammitdə iştirak çərçivəsində GUAM-a üzv ölkələrin XİN rəhbərləri tərəfindən qəbul edilmiş birgə rəsmi məlumatda bildirilir.

XİN rəhbərləri, habelə Avropaya inteqrasiya prosesində GUAM-a üzv dövlətlərin nail olduqları irəliləyişi də qeyd ediblər.

Nazirlər GUAM dövlətlərinin beynəlxalq səviyyədə tanınmış suverenliklərinin və ərazi bütövlüklərinin təmin olunması üçün Aİ-nin dəstəyinin vacibliyini də vurğulayıblar.

XİN rəhbərləri bir daha qeyd ediblər ki, GUAM Aİ və qurumun prinsiplərini paylaşan digər tərəfdaşlarla əməkdaşlığa dəvət edən açıq təşkilatdır. (Trend)

Tarix
2013.11.29 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla