Yuxarı

Vaşinqton Moskvanı Qarabağda ofsayta salmaq istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaşinqton Moskvanı Qarabağda ofsayta salmaq istəyir

"Kerrinin Əliyev və Sərkisyanla görüşməsi ABŞ-ın Rusiyanın üzərinə həmlə etməsidir".

Bu sözləri Axar.az-a politoloq Ərəstun Oruclu ABŞ Dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan rəhbərlərinin "böyük sülh sazişi" imzalaması üçün daha təkidlə fəaliyyət göstərməli olması məsləsini şərh edərkən deyib. O, ABŞ-ın Rusiyanın imperiya ideyalarından əl çəkməsi üçün hərəkətə keçdiyini bildirib:

"Rusiya dondurulmuş münaqişələri nəzarətdə saxlamaqla faktiki olaraq bölgədə iki 20 il dominantlıq eləməyə müvəffəq oldu. Bundan sonra Rusiyanın hərbi baxımdan güclənməsi və yaratdığı qurumlara postsovet ölkələrini cəlb etməyə çalışmasından biz gördük ki, burada zorakılıq amili müstəsna rol oynayır. ABŞ anladı ki, Moskva artıq yeni imperiya iddiasına düşüb və onu bundan çəkindirməkdən ötrü bütün münaqişələri eyni vaxtda həll etmək lazımdır. Çünki Rusiyanın artıq Ukrayna prosesinə cəlb olunması onun gücünü zəiflətdi. Yaranmış şəraitdə ABŞ artıq cəbhə xəttini genişləndirmək qərarına gəldi. Bu dolayı olaraq müxtəlif məsələlərdə özünü göstərdi".

Politoloq Rusiyaya qarşı cəbhənin daha da genişlənəcəyini söyləyib:

"NATO sammiti faktiki olaraq Rusiyanın əleyhinə idi. Biz gördük ki, həmin sammitdən sonra ABŞ Müdafiə naziri Çak Hegel dərhal Gürcüstana səfər etdi. Burada yenə də Gürcüstanın dəstəklənməsi və Rusiyanın ağalıq etdiyi iki separatçı bölgədən qoşunlarının çıxarılması məsələsi səsləndirildi. Digər tərəfdən, Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü, Ukraynaya ifadə olunan dəstək onu göstərir ki, Rusiyayla başlanmış geosiyasi qarşıdurma daha geniş müstəviyə keçəcək. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi zəruri elementlərdən biri olur. Əslində, ABŞ hər iki tərəfə təklif edir ki, kompromis sülhə hazır olsunlar. Əgər diqqət etdinizsə, orada belə bir fikir səsləndi ki, xalqlar kompromisə hazır olmalıdır. Bu kompromisin nədən ibarət olduğunu söyləmək çətindir. Çünki bilirsiniz ki, belə şeylər ancaq qapalı görüşlərdə bəlli olur. Amma hər halda ümumi konturlar bəllidir. Konturlar ondan ibarətdir ki, ABŞ təşəbbüs göstərir və bu əslində yenilikdir".

Tarix
2014.09.10 / 10:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Putinlə Ərdoğanın danışığı hamını şoka saldı

Bakının bu tələbini yerinə yetirəcəyik - Poqosyan

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

KULT
<>
Xəbər xətti
e-vetendash-->
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla