Yuxarı

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanın baş naziri Azərbaycana gəlir

Sentyabrın 11-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana iki günlük rəsmi səfər edəcək.

APA-nın məlumatına görə, baş nazirin mətbuat xidmətindən bildirilib ki, İ. Qaribaşvili Bakıda Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşlər keçirəcək.

Səfər çərçivəsində İ. Qaribaşvili Bakının görməli yerlərinə baxacaq və İçərişəhərdə olacaq. Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Maya Pancikidze, baş nazirin müavini Kaxa Kaladze, maliyyə naziri Nodar Xaduri, kənd təsərrüfatı naziri Otar Daneliya, baş nazirin köməkçisi Savalan Mirzəyev, parlament üzvləri Zurab Tkemaladze və Mahir Dərziyev, baş nazirin administrasiyasının rəhbəri Nino Kobaxidze daxildir.

Səfər sentyabrın 12-də başa çatacaq.

Tarix
2014.09.10 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla