Yuxarı

Razi Nurullayevdən Gəncə olayı ilə bağlı - Çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə polislərin öldürülməsi ilə nəticələnən iğtişaşları qınayır və pisləyirəm. Öldürülən polis əməkdaşlarının ailələrinə və yaxınlarına başsağlığı verirəm.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev qeyd edib. O, xalqı dövlətin yanında olmağa çağırıb:

“Bu xəbər məni üzdü və dövlətə qarşı bu tip üsyanı qəbul etmədiyimi bəyan edirəm. Heç bir ölkədə hökumət təmsilçilərinə qarşı silahlı müqavimət müsbət dəyişikliyə gətirib çıxarmayıb. Əksinə, ölkələri daha bərbad günə qoymaqla bərabər, onminlərlə günahsız insanın ölümünə səbəb olub.

Xalqımızı təmkinli olmağa, qanunsuz hərəkətlərdən çəkinməyə çağırıram. Dünyanın bütün ölkələrində dövlət, hökumət təmsilçisinə zor tətbiq etmək, öldürmək bağışlanılmaz günahdır və pozuntudur. Siyasi və digər müstəvilərdə aparılan mübarizələr dinc olmalıdır. Dövlətə qarşı üsyan etmək yolverilməzdir. Hökumətlər gəlir və gedir, amma dövlət qalır. Biz dövlətimizin yıxılmasına göz yuma və seyrçi qala bilmərik. Dövlətimizi qoruyaq və imkan verməyək ki, xarici düşmən qüvvələr ölkəmizi məhvə sürükləsin”.

Qeyd edək ki, ötən gün saat 20 radələrində dini yönümlü bir qrup radikal şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qeyri-qanuni aksiyanın qarşısını alan və öz xidməti vəzifəsini icra edən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikalların hücumu nəticəsində qətlə yetiriliblər.

Tarix
2018.07.11 / 11:33
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla