Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Fevral 2019


Hacı Şahindən Gəncə - Çağırışı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə baş verən iğtişaşlar həm Azərbaycan qanunlarının, həm də dini dəyərlərin tapdalanması kimi qəbul edilməlidir. Din şüarı ilə, “Allahu-Əkbər” deyərək hüquq-mühafizə orqanlarına hücum edib, onları qətlə yetirmək dəhşətli bir faciədir. Bunun dinlə heç bir əlaqəsi yoxdur.

Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, həmin insanlar yalnız öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edirlər.

“Bu dini dəyərlərin istismar edilməsidir, dinə və dövlətə qarşı olan bir cinayətdir. Ona görə də, din xadimləri yekdil olaraq bu olayları pisləyirlər. Bu halın gələcəkdə təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Bütünlüklə Azərbaycan cəmiyyəti səfərbər olmalıdır. Çünki bu tip hadisələr böyük təhlükələrdən xəbər verir. Hansısa qüvvələr din adından istifadə edib kənardan Azərbaycandakı vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq istəyirlər. Amma Azərbaycan inanclı insanları Azərbaycan dövlətçiliyinə sadiqdir. Heç zaman dövlətçiliyə zərbə vurulmasına imkan verməməlidirlər. Bu məsələdə mövqe birmənalıdır. Azərbaycanda olan dövlət din münasibətləri modelinə zərbə vurmaq, inanclı insanları qarşı-qarşıya qoymaq məqsədi daşıyan bu qüvvələr ifşa edilməlidir, onlara qarşı ən sərt tədbirlər görülməlidir”.

H.Şahin bildirib ki, din heç zaman insanın öz vətəndaşlarına qarşı silah qaldırmasına dəvət edə bilməz:

“Din hər zaman barışa dəvət edir. Din yalnız hərbi düşmənlə döyüşmək üçün cihada dəvət edə bilər. Bizim də düşmənimiz bəllidir. Düşmənimiz Azərbaycan torpağını işğal edən təcavüzkardır, ölkə daxilində düşmən axtarmaq, bu məsələni dinlə əlaqələndirmək yolverilməzdir. Bunu etmək cinayətin özü qədər böyük cinayətdir”.

Tarix
2018.07.11 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Əhalinin qazancı nə qədər olub?

Bakı Orta Asiyaya qapıdır: qazax və türkmən qazı da... – Şərh

Qonşuda azərbaycanlıların yaşadığı problemlər müzakirədə

Həmsədrlər erməni nazirlə Qarabağı müzakirə etdi

Tarix İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Yeni mərhələdə başlıca prinsip: öncə Azərbaycan! - Foto

Ələkrəm Hümbətovdan erməni və fars sayağı ittihamlar...

Dünya Bankı: Azərbaycanda ciddi islahatlar aparılır

Agentlik sədri Balakən sakinini canlı yayımda işə dəvət etdi

O vaxt inkişaf baxımından dönüş nöqtəsi oldu - İlham Əliyev

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla