Yuxarı

Ərdoğanın andiçməsində CHP-çilər niyə ayağa qalxmadı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyənin yeridəcəyi daxili və xarici siyasətlə bağlı Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayılın Axar.az saytına müsahibəsini təqdim edirik:

- Türkiyə yeni dönəmə - prezident üsul-idarəsinə daxil oldu. Ölkənin xarici siyasətində hər hansı dəyişiklik olacaqmı?

- Türkiyədə yeni bir dönəm başlayıb. Artıq ölkədə Nazirlər Kabinetinin tərkibi və sistem dəyişib. Amma Türkiyə bir dövlət olaraq, öz siyasətini, xüsusilə xarici siyasətini davam etdirəcək. Yeni sistemlə Türkiyədə çox ciddi dəyişikliklərin, qırılmaların olacağını düşünmürəm.

Zatən Ərdoğanın andiçmə törəninə qatılanların siyahısına baxdığımız zaman əslində Türkiyənin xarici siyasətindəki öncəliklərinin nə olacağını görə bilərik. Bu çərçivədə Türkiyənin irəlidəki dönəmdə də Türkiyə mərkəzli siyasət aparacağını müşahidə edəcəyik. Bu çərçivədən Rəcəb Tayyib Ərdoğanın Bakıya və Şimali Kipr Türk Cümhuriyyətinə səfəri çox əhəmiyyətlidir. Dost və qardaş ölkələr siyahısının başında Azərbaycanın olması əslində bir mesajdır. Bunu diqqətə almaq lazımdır.

- Ərdoğan Qərblə, xüsusilə ABŞ-la münasibətləri necə tənzimləyəcək?

- Ərdoğanın sabah NATO zirvəsinə qatılması, orada iştirak etməsi Türkiyənin beynəlxalq təhlükəsizlik çərçivəsində NATO ilə müttəfiqliyinə verdiyi önəmi göstərir. Bu gün də bu gündəmdədir. Türkiyənin NATO-dan ayrılacağı ilə bağlı çox müzakirələr olub və bu gün də bu müzakirələr davam etdirilir. Amma Türkiyə NATO daxilində ən güclü orduya malik ölkələrdən biridir. Bu əlaqələrin qısa zaman içərisində qopacağını söyləmək çox diletant yanaşmadır. NATO çox ciddi bir qurumdur. Bəzi dövlətlərin diqtəsi ilə bu qurum fəaliyyət göstərmir. Ümumi anlamda məsələyə dərin çərçivədən baxmaq lazımdır.

- Türkiyə-Rusiya münasibətləri necə inkişaf edəcək?

- Münasibətlərin yaxşı olması üçün Türkiyə hər zaman çalışır. Bunun üçün yenə də əlindən gələni edəcək. Rusiya qonşu ölkədir. Rusiyanın Türkiyə ilə Qara dəniz sərhədi var. Türkiyənin Rusiya ilə bir çox bölgədə maraqları üst-üstə düşür. Bu aspektdən yanaşdıqda iki ölkə arasında münasibətlərin davam edəcəyini deyə bilərəm. Xüsusilə də hərbi sənaye sahəsindəki işbirliyini Türkiyə Rusiya ilə inkişaf etdirməyə çalışır.

- Türkiyənin daxili siyasətində hansısa dəyişikliklər gözlənilirmi?

- Türkiyənin daxili siyasətində ciddi dəyişikliklər var və olacaq. Yeni sistemə keçid etdikdən sonra artıq Türkiyədə müxalifət anlayışının da dəyişdiyini söyləyə bilərik. “Ana müxalifət” deyə bir anlayış artıq olmayacaq.

Bu dönəmin CHP-nin özü üçün də çox qalmaqallı keçəcəyi gözlənilir. Çünki andiçmə mərasimində ayağa qalxmamaq Türkiyə cəmiyyətində birmənalı qarşılanmadı. CHP də öz içində bəzi dəyişikliklər etməlidir. Türkiyənin bundan sonrakı addımları bizim üçün də maraqlıdır. Dəqiq proqnozlarımı 100 gün sonra daha dəqiq deyə biləcəm. Çünki bu zaman kəsimində Prezident Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətin nə qədər uğurlu, nə qədər effektiv olduğunu görə biləcəyik.

Tarix
2018.07.12 / 13:23
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla