Yuxarı

Türkiyə səfirindən Gəncə hadisəsinə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Gəncədə terror hadisəsi yaşandı. Biz terrorun hər növünü qəti şəkildə qınayırıq.

Bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib.

Türkiyənin illərdir terrordan əziyyət çəkən ölkə olduğunu vurğulayan səfir bildirib ki, bu səbəblə Türkiyə terrorun nə ilə nəticələndiyini, nə demək olduğunu yaxşı anlayır:

“Gəncədəki hadisələr nəticəsində ölən iki polis əməkdaşına Allahdan rəhmət, ailələrinə, o cümlədən Azərbaycan xalqına başsağlığı diləyirəm. Azərbaycanın varlığına xələl gətirmək istəyən həmin terrorçulara qarşı ən sərt şəkildə cəza tədbirlərinin görüləcəyindən və əməllərinə görə layiqli cavab alacaqlarından əminəm”.

Qeyd edək ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Tarix
2018.07.12 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla