Yuxarı

Brüsseldən Paşinyana soyuq duş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO üzv dövlətlərinin Zirvə toplantısında iştirak etmək üçün Belçika paytaxtında səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündə günəşli Ermənistandan gəlmiş qonaq gözlənilmədən Brüsselin soyuq duşuna məruz qalıb.

Axar.az xəbər verir ki, Aİ-nin görüşdən dərhal sonra yaydığı mətbuat üçün açıqlamada bildirilir ki, Avropa İttifaqı və təşkilatın ali nümayəndəsi – vitse-prezidenti ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ (Ermənistan-Azərbaycan, AZƏRTAC-ın qeydi) münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Xüsusi olaraq vurğulanır ki, “bu kontekstdə danışıqlarda qeyd-şərtsiz olaraq tərəflərin tam iştirakı zəruridir. (Ətraflı BURADA).

Bu fikirlər Brüsselin diplomatik məsələlərdə hələ kifayət qədər təcrübəsi olmayan Nikol Paşinyana açıq mesajı və uşaqcasına “Artsax hakimiyyəti adından və onun əvəzinə” danışıqlar aparılmayacağı ilə hədələyən Ermənistanın baş nazirinə cəfəngiyyatla məşğul olmamaqla bağlı xeyirxah məsləhətidir.

Beləliklə, Brüssel Ermənistanın yeni baş nazirinin ilk xarici səfərini (Moskva forpost üçün xarici ölkə deyil) qısa diplomatiya kursu ilə qeyd edib və ona xatırladırıq ki, münaqişə tərəfi kimi heç bir “artsax”dan söhbət getmir və gedə bilməz. Bakı ilə danışıqları isə o, əlbəttə, prosesi birdəfəlik dəfn etmək və münaqişənin qeyri-diplomatik həlli üçün yol açmaq istəmirsə, Ermənistanın lideri kimi özü aparmalı olacaq.

Çox ümid edirik ki, evinə dönən Paşinyanın yol boyu görüşün yekunlarını götür-qoy etmək üçün kifayət qədər vaxtı olacaq və onun ağlı başına gələcək.

Tarix
2018.07.12 / 22:42
Müəllif
Vüqar Seyidov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla