Yuxarı

Mir Şahin fövqəladə buraxılışla efirə çıxdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti öz müstəqilliyini qorumaq uğrunda apardığı mübarizənin yeni fazasındadır. Dövlət bir neçə gündür ki, ona ünvanlanan zərbələri dəf edir. Ölkədən kənarda qərarlaşan, qiyamçı-terrorçu tonu ilə ənənəvi müxalifət birləşmələrindən fərqlənən, vətəndaşları dövlət çevrilişinə çağıran qüvvələrin Azərbaycanın içindəki kriminal elementlərlə müttəfiqliyi nəticəsində böyük miqyası əhatə etməsə də qarışıqlıq yaradıldı.

Axar.az xəbər verir ki, bu sözləri Real TV-nin "Mir Şahin vaxtı" proqramında Mir Şahin deyib. O, fövqəladə buraxılışla efirə çıxdığını açıqlayıb:

"Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə terror həmləsinin ardınca terrorçular ölkənin ikinci ən böyük şəhərinin Baş Polis İdarəsi rəisinin müavini İlqar Balakişiyev və Gəncə şəhəri Nizami rayon polis idarəsi rəisinin müavini Səməd Abbasovu qətlə yetirdilər. Gəncə Baş Polis İdarəsi, post-patrul taborunun qərargah rəisi leytenant Samir Bayramovu ağır yaraladılar.

Terrorçuların növbəti qrupu yaxalandı. Qaçıb özünü qanundan kənar qoymağa çalışanların axtarışı davam etdirilir. Gəncə öz sakit, dinc həyatını davam etdirir. Uzun illərdən sonra Azərbaycan vətəndaşlarının yenidən üz-üzə qaldığı terror aktının təfsilatını sizə çatdırmaq məqsədilə Gəncədə olduq. Hadisə rayonuna baş çəkdik, şahidləri dinlədik və qanlı 10 iyulun informativ bərpasına çalışdıq".

Ətraflı videoda...

Tarix
2018.07.12 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla