Yuxarı

Gürcüstan Baş naziri Bakıdadır – Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan Baş naziri Bakıdadır – Foto/Video

Bir neçə dəqiqə bundan öncə Gürcüstan Baş naziri İraklı Qaribaşvilinin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanına eniş edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumət başçısının rəsmi Feysbuk səhifəsində məlumat yerləşdirilib.

Qaribaşvili və onu müşayiət edən nümayəndə heyətini Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov qarşılayıb.

Qeyd edilib ki, iki günlük səfəri çərçivəsində Gürcüstan Baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşləri nəzərdə tutulub.

***

Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.

Axar.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Gürcüstanın Baş nazirinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edildi. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

***

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Tarix
2014.09.11 / 12:53
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla