Yuxarı

AB-nin Bakıya bu münasibəti ilk dəfədir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan NATO-nun antiterror koaliyasının mühüm üzvüdür, buna görə də alyans ölkəmizə açıq dəstəyini ifadə edir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Brüsselə səfəri haqda danışan millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Avropa Birliyi ilə tərəfdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir:

“Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında çox mühüm sənəd imzalandı. Bu, Azərbaycanla AB və Qərb arasında münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət edir. Azərbaycanla Avropa Birliyi arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açır. Avropa Birliyi Azərbaycanın ticari dövriyyəsində ən əsas tərəfdaşdır. Bu əməkdaşlıq gələcəkdə imzalanacaq sazişlərdə də mühüm rol oynayacaq. Bu fonda Azərbaycanla AB arasında əlaqələr daha da güclənəcək. Avropa İttifaqı ölkələrin ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləyir. Sərhədlərin toxunulmazlığı məsələsi ilk dəfə belə xüsusi qeyd edildi. Ölkəmizin “qoşulmama” qərarı tərəfdaşlıq əsasında siyasətin qurulmasına xidmət edir. Buna görə də inanıram ki, qarşılıqlı maraqlar əsasında bölgədə sabitlik və inkişaf hökm sürəcək”.

Tarix
2018.07.14 / 09:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla