Yuxarı

Gəncə terroru: Rauf Arifoğlunu kimlər hədəfə aldı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:07

Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluna qarşı radikal ünsürlər və təkfirçi ekstremistlər tərəfindən virtual terror həmlələri başladılıb.

Axar.az xəbər verir ki, R.Arifoğlunun Gəncə hadisələri ilə bağlı Real TV-də çıxışı zamanı Gəncə meydanında “qısa şalvarlılar”ın da olması ilə bağlı dedikləri onun təhdidlərə məruz qalmasına səbəb olub. Sosial şəbəkələr üzərindən, o cümlədən elektron poçtdan təhdidlər alan, ölümlə hədələnən baş yazar virtual terrorla üzbəüzdür. Gəncədə vəzifəli şəxsə və polis zabitlərinə terror edən təxribatçı qrupu düşünülmüş və ya kor-koranə, informasiya manipulyasiyasına düşərək müdafiə edənlər indi də onları ifşa edən mətbuat nümayəndəsini hədəf alıb.

Görünür ki, bu şəbəkə təkcə həbs edilən və məhv edilənlərlə məhdudlaşmır, onların dəstəkçiləri hansısa mərkəzdən təlimat alaraq dövlət məmurları ilə yanaşı, mətbuata da virtual terror etməkdədir.

Baş vermiş hadisə ilə bağlı Axar.az-a danışan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, olay Rauf Arifoğluna qarşı mənəvi terrordur. Azərbaycanın sağlam düşüncəli insanlarına qarşı bu cür təhdidlər yolverilməzdir. Bu cür hallara qarşı mütləq şəkildə tədbir görülməlidir:

“Azərbaycan dövlətinə qarşı etibarsızlaşdırma məqsədilə terror həyata keçirilib. Bu terror hadisəsini din pərdəsi altında ediblər. Azərbaycanın sağlam düşüncəli, proqressiv insanları, media nümayəndələri, vətənpərvərlər bu hadisəni birmənalı olaraq pisləyir. Bu hadisə ilə bağlı öz qətiyyətli mövqeyini bildirən, Azərbaycan xalqının yanında olan insanların hansısa formada bir qrup tərəfindən təhdid edilməsi elə əslində yenə də Azərbaycan dövlətini təhdid etmək deməkdir.

İstənilən halda terror fiziki və ya mənəvi, sözlə və ya təhdidlə olsa belə, hüquq-mühafizə orqanlarının diqqətindən yayınmamalıdır, qanun çərçivəsində tədbirlər görülməlidir.

Rauf Arifoğlu Azərbaycan mediasını təmsil edən bir şəxsdir. Onun təhdid olunması həm də söz, ifadə və mətbuat azadlığının təhdid olunmasıdır”.

Deputat bildirib ki, Azərbaycan milli mətbuatı daim belə məsələlərdə həmrəylik nümayiş etdirib:

“Mediamız Azərbacanın dövlət maraqlarını təhdid edən bütün ünsürlərə qarşı daim birgə hərəkət edib. Hesab edirəm ki, bu məsələdə də Azərbaycanın bütün media kapitanları, Azərbaycanın mətbu icması, sosial şəbəkə istifadəçiləri, ölkəmizin gələcəyini düşünən hər kəs Rauf bəyin təhdid olunmasına qarşı çıxmalı, birlik nümayiş etdirməlidir”.

***

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bu təhdidə qarşı bütün medianı birliyə çağırıb. Onun sözlərinə görə, belə həssas məqamda öyrədilmiş xüsusi qrup medianı və media kapitanlarını hədəfə ala bilərlər:

“Jurnalisti açıqladığı fikrə, yayımladığı xəbərə görə təhdid etmək, hədələmək qanunla qadağandır. Jurnalistin işi informasiya almaq, toplamaq və yaymaqdır. Buna görə jurnalisti təhdid etmək yolverilməzdir.

Ancaq zaman-zaman Azərbaycana qarşı olan qüvvələr ölkə mediasını da hədəf seçib və söz azadlığına qarşı müxtəlif variantlardan istifadə ediblər. Belə təzyiq və təhdidlər üzündən həyatını itirən jurnalistlərimiz də olub.

İndi ölkəmiz çox həssas bir dönəmdən keçir. Ölkəmizə qarşı ciddi bir təhdid var. Belə məqamda ictimai rəyin düzgün istiqamətlənməsində, ölkəmizə qarşı təxribatların qarşısının alınmasında media nümayəndələrinin əməyi böyükdür. Heç də istisna olunmur ki, həmin təxribatı törədən adamlar media nümayəndələrinə qarşı da hücuma keçə bilər. Bu hal istisna deyil, bu səbəbdən ehtiyatlı olmaq lazımdır”.

M.Ələsgərli bildirib ki, R.Arifoğlunun müdafiəsi üçün media cameəsi səviyyəsində nə lazımdırsa, ediləcək:

“Belə məqamda media ictimaiyyəti vahid olmalıdır. Bu cür təhdidlərə qarşı bütün jurnalist təşkilatları vahid mövqedən çıxış etməli, bunu pisləməlidir.

O cümlədən rəhbəri olduğum Jurnalistlərin Həmkarlar İttifaqı da da bu olayı qəti şəkildə pisləyir”.

Tarix
2018.07.14 / 13:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla