Yuxarı

Novruz Məmmədov İmaməli Rəhmanla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 10-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmanla görüşüb.

Axar.az xəbər verir ki, Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətlərini xatırladan Baş nazir Novruz Məmmədov hazırda əlaqələrimizin yüksək səviyyədə davam etdiyindən məmnunluğunu bildirib.

Tacikistan Prezidentinin ölkəmizə rəsmi səfərinin siyasi-iqtisadi və humanitar əməkdaşlığımızın daha da dərinləşməsi baxımından əhəmiyyətli olacağını vurğulayan Baş nazir qeyd edib ki, səfər çərçivəsində hər iki ölkənin prezidentləri arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan danışıqlar və imzalanan sənədlər çoxşaxəli münasibətlərimiz üçün yeni perspektivlər açacaq, qarşılıqlı sərmayə qoyuluşuna şərait yaradacaq.

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman, ilk növbədə, Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar diləyib. Prezident regionun ən inkişaf etmiş ölkələrindən biri olan dost Azərbaycana səfərindən məmnunluq ifadə edərək, bu səfərin çox məhsuldar və səmərəli keçdiyini vurğulayıb. Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bundan sonra da dostluq və tərəfdaşlıq zəminində inkişaf edəcəyinə əminlik bildirən İmaməli Rəhman iqtisadi-ticari, dağ-mədən sənayesi, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə Baş nazir Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ali qonağa ətraflı məlumat verib. Baş nazir Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişənin həllinin yubadılmasının bütün regionda sülhə və əmin-amanlığa təhlükə yaratdığını diqqətə çatdırıb.

Səmimi söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında regional əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələr üzrə inkişaf etdirilməsinə, təcrübə mübadiləsinə dair geniş fikir mübadiləsi aparılıb.

Tarix
2018.08.10 / 20:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla