Yuxarı

ABŞ-dan Xəzər konvensiyası barədə - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti hələlik Xəzər dənizinin statusu haqqında konvensiyanın Avropaya qaz tədarükünün diversifikasiyasına necə təsir göstərəcəyi barədə şərh verməyə hazır deyil.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin Energetika Bürosunun rəsmi nümayəndəsi Vinsent Kampos deyib. Onun sözlərinə görə, hələlik konvensiyanın detalları ABŞ üçün bəlli deyil.

Qeyd edək ki, bundan öncə Kremlin mətbuat xidməti sabah Qazaxıstanın Aktau şəhərinə V Xəzər sammitinin keçiriləcəyi və burada Xəzərin statusu haqqında konvensiya imzalanacağı haqqında məlumat yayıb. Kreml müqavilənin detallarını da açıqlayıb. Müqaviləyə əsasən, Xəzər dənizinin su səthi birgə istifadəyə açıq olacaq, dənizin dibi və torpağın alt hissələri sahilyanı ölkələr arasında bölüşdürüləcək. Gəmiçilik, balıqçılıq fəaliyyətləri, elmi tədqiqatlar və boru xətti döşəmələri tərəflər arasında razılaşdırılmış qaydalar çərçivəsində olacaq. Dənizdəki layihələr də ekoloji amillər nəzərə alınaraq reallaşdırılacaq. Sözügedən müqavilə bölgədən kənar ölkələrin Xəzərdə hərbi varlığını qadağan edir. Xəzəryanı 5 ölkə dənizin təhlükəsizliyindən, qorunmasından, ehtiyatlarından məsul olacaq.

Tarix
2018.08.11 / 10:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla