Yuxarı

ABŞ-ın sanksiya siyasəti: İranı nələr gözləyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiyalar İran üçün çox ciddi problemlər yaradacaq, hətta ölkədə sosial partlayışlara gətirib çıxaracaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, Avropa Birliyi, Hindistan, Çin, Türkiyə ABŞ-ın İran sanksiyalarına qarşı müəyyən mövqe sərgiləsələr də, bu prosesə sonadək davam gətirməyə bilərlər:

“Noyabrdan etibarən artıq İranla neft, mədən sənayesi məhsulları, elektrotexnika daxil olmaqla, müəyyən edilmiş istiqamətlərdə əməkdaşlıq edən hər bir şirkət ABŞ-ın Maliyyə Departamenti tərəfindən bu ölkənin əməkdaşlıq etdiyi şirkətlər siyahısından çıxarılacaq və onlara sanksiyalar tətbiq olunacaq. ABŞ hazırda dünya iqtisadiyyatının dörddə birinə nəzarət edən ölkə kimi hər hansı bir şirkət və ya dövlətlə maliyyə əməkdaşlığını dayandırırsa və sanksiyalaşdırırsa, bu zaman həmin şirkət və dövlətlərin öz iqtisadi münasibətlərini tənzimləməsi imkanları demək olar ki, aradan qalxır. Buna görə də bu gün Fransa daxil olmaqla bir sıra ölkələr öz maliyyə sabitliklərini, iqtisadi maraqlarını təmin etmək məqsədilə qərar qəbul etmək zərurəti ilə üz-üzə qalıblar. Buraya Türkiyəni də daxil etmək olar. Türkiyədən ABŞ-a heyət göndərilsə və orada İran və Türkiyə arasında neft alışı məsələsi ilə bağlı müəyyən müzakirələr aparılsa da, görünən odur ki, ciddi razılıq əldə olunmayıb”.

İqtisadçı bildirib ki, ABŞ-ın birnömrəli məqsədi İranı maksimum sanksiyalar blokadasına almaq, dünya maliyyə sistemindən təcrid etmək, daxilolmaları və neft gəlirlərini azaltmaqla bu ölkəni iqtisadi cəhətdən çökdürməkdir:

“Başqa sözlə, ABŞ-ın hədəfi bu prosesdə İranın öz siyasi mövqeyini dəyişməsinə və son nəticədə qlobal güclər tərəfindən ortaya qoyuluş şərtlər daxilində öz mövcudluğunu həyata keçirməsinə hədəflənib. Bu fonda digər dövlətlərin, maliyyə institutlarının, böyük neft şirkətlərinin İranla əlaqələrin kəsilməsinə dair çağırışına qoşulması daha sürətli şəkildə müşahidə ediləcək. O üzdən də hesab edirəm ki, sanksiyalar İran üçün çox ciddi problemlər yaradacaq, hətta ölkədə sosial partlayışlara gətirib çıxaracaq”.

Tarix
2018.08.12 / 10:12
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla