Yuxarı

Con Kerri: “Azərbaycan əzmkarlıq nümayiş etdirir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Con Kerri: “Azərbaycan əzmkarlıq nümayiş etdirir”

"Əsrin Müqaviləsi"nin 20 illiyi və Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimində ABŞ dövlət katibi Con Kerrinin məktubu oxunub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Amos Hokştayn deyib ki, "Əsrin müqaviləsi" tarixi müqavilə olub və uzun illərdir uğurlu olduğunu sübut edib. O bildirib ki, ABŞ prezidenti Barak Obama Cənub Qaz Dəhlizini dəstəkləyir: "Bu gün biz layihənin yeni mərhələsinə başlayırıq. Layihə çox zamanında həyata keçirilir. Heç bir ölkə bir dövlətdən asılı olmamalıdır. Enerji təchizatı şaxələndirilməlidir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək. Bu, təkcə 3 ölkənin deyil, digər Avropa ölkələrinin də layihəsidir. Artıq biz bu mühüm layihənin icrasına başlayırıq. Bizim əlaqələrimiz çox güclüdür. Yeni layihələr bu əlaqələri daha da gücləndirəcək".

Daha sonra o, ABŞ dövlət katibi Con Kerrinin məktubunu oxuyub. Məktubda qeyd edilir ki, Azərbaycan nəhəng neft hasilatçısına çevrilib: "ABŞ və Azərbaycan arasında əlaqələr güclü olub. Bu əlaqələr bundan sonra daha da güclənəcək. Bu layihə Azərbaycan, Türkiyə və Avropa üçün mühüm əhəmiyyət kəsb edir. 96 il əvvəl Azərbaycan əzmkarlıq nümayiş etdirib. Azərbaycan bu gün də əzmkarlığını davam etdirir. ABŞ Cənub Qaz Dəhlizi kimi tarixi layihədə yaxından iştirak etməyə hazırdır".

Tarix
2014.09.20 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla