Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Mart 2019


Bunun üçün ölkəmiz hər şeyi edir - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhvə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib. Prezident bütün neft-qaz əməliyyatlarının İSO beynəlxalq standartlarına uyğun olduğunu bildirib:

"Mən artıq Sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur.

Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin".

Tarix
2018.08.12 / 22:33
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bakıdakı yanğını söndürən mülki geyimli şəxslər kimdir? - Rəsmi

Fransa mətbuatı Mehriban Əliyevanın Paris səfərindən yazdı

Prezident "Bakmil"dəki şəraitlə tanış oldu - Fotolar

İran güneylilərin topladığı yardımı əllərindən alır - Video

Kriminal avtoritetdən Əli İnsanova – Cavab

İlham Əliyev Paşinyanla görüşəcək - 3 gün sonra

Bu barədə qərarı mən vermirəm - Nazir

Ermənilər cəbhədə təxribat törətdi

Mail Yaqub Hamlet İsaxanlını darmadağın etdi: Allahsız...

Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - Şərh

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla