Yuxarı

Qaribaşvili: “Azərbaycan regionda əvəzsiz rola malikdir” – Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaribaşvili: “Azərbaycan regionda əvəzsiz rola malikdir” – Foto/Video

"Bir etibarlı tərəfdaş və qonşu ölkə kimi regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşması üçün Gürcüstan əlindən gələni edəcək".

Axar.az Gürcüstan hökumət başçısının rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bu sözləri gürcü Baş naziri İrakl Qaribaşvili Bakıda "Əsrin Müqaviləsi"nin 20 illiyinə həsr olunmuş tədbirdə çıxışında deyib.

O bildirib ki, əldə olunan nailiyyətlərdən yararlanmaqla gələcəkdə regionda reallaşacaq digər layihələri də uğurla həyata keçirmək və genişləndirmək olar:

"Bu məsələlərdə Gürcüstan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır".

Gürcüstan Baş naziri daha sonra regionda neft-qaz, eləcə də digər layihələrin reallaşmasında Azərbaycanın əvəzsiz rola malik olduğunu bəyan edib. O, Avropanın, eləcə də bölgənin enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səylərini yüksək qiymətləndirib. Qaribaşvili ölkəsinin Qazaxıstan və Türkmənistanın təbii ehtiyatlarının ixracı üçün Tranxsəzər qaz kəməri layihəsini dəstəklədiklərini söyləyib.

​

Tarix
2014.09.20 / 13:42
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla