Yuxarı

“Şotlandlar erməniləri məyus etdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şotlandlar erməniləri məyus etdi”

"Avropanın bir sıra başqa ölkəsində müstəqilik çağırışları və referendumlar geniş populyarlıq qazanır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, separatçılığın ermənilərə fayda verməyəcəyini bildirib:

"Avropada separatçılıq meylləri getdikcə güclənir. Doğrudur, şotlandların əksəriyyəti müstəqilliyə səs vermədi. Ancaq bir neçə ildən sonra bu məsələyə yenidən qayıda bilərlər. Avropanın bir sıra başqa ölkəsində də müstəqilik çağırışları və referendumlar geniş populyarlıq qazanır. Separatçılıq bir xəstəlikdir. Bəzilərinin bu müstəqilliyə haqqı çata bilər, ancaq ermənilərin buna heç bir hüququ çatmır. Çünki onlar Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq istəyirlər, azərbaycanlıları qovub, torpaqlarımızı işğal edib referendum keçirmək istəyirlər. Bu isə mümkün deyil. Müstəqil Şotlandiya ABŞ-ın və digər Avropa dövlətlərinin maraqlarına cavab verməzdi. "Parçala və hökm et" siyasəti daha çox Moskvanın maraqlarına uyğundur. Moskvanın və İrəvanın gözləntiləri özünü doğrultmadı. Şotlandiya müstəqilliyə səs versəydi, Moskva Krımı, İrəvan isə Dağlıq Qarabağı nümunə göstərərək beynəlxalq aləmə deyəcəkdilər: "Şotlandiyaya olarsa, Krıma və Dağlıq Qarabağa niyə olmasın". İndi bu arqument işləməyəcək. Şotlandlar rusları və ermənilər məyus etdilər. Moskva və İrəvanın növbəti ümidi Kataloniyadır..."

Tarix
2014.09.20 / 21:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla