Yuxarı

Əli Həsənov Sumqayıtda nələr dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Həsənov Sumqayıtda nələr dedi?

"Hər bir insan üçün vətən onun doğulduğu yerdən başlayır. Sumqayıt mənim ikinci vətənimdir. Həyatımın əsas hissəsi bu şəhərdə keçib və ömrümün qalan hissəsi də burada keçəcək. Sumqayıtlıları əlamətdar bayram münasibətilə təbrik edirəm".

Bu sözləri Sumqayıta şəhər statusu verilməsinin 65 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mətbuata açıqlamasında söyləyib.

Ə.Həsənov vurğulayıb ki, bu gün Sumqayıt ölkənin ən gözəl şəhərinə çevrilib:

"Şəhərin sənaye potensialı günbəgün yüksəlir. Azərbaycanda ilk texnopark burada yaradılıb. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtlarda olduğu kimi, bu gün də Sumqayıtın inkişafına diqqət və qayğı dövlətimizin siyasətində prioritet istiqamətlərdəndir".

Baş nazirin müavini Sumqayıtın ən böyük sərvətinin onun insanları olduğunu deyib:

"Sumqayıtın insanları həm səmimiliklərinə, həm qayğıkeşliklərinə, həm də insanpərvərliklərinə görə çox fərqlidirlər".

Tarix
2014.09.23 / 21:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla