Yuxarı

Xalqımızın kökündəki səhvlərini düzəltməyə çalışıram

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Fazil Mustafa "Təriqətçi-deputat Fazil Mustafanın təxribatçı hikkəsinin sirri" adlı yazını sosial şəbəkədə paylaşıb və "Zəruri qeyd" adı ilə öz profilində belə bir status yazıb:

"Birlik" İM-nin saytında gedən bu iki yazıdan küləyinin hansı ölkədən əsdiyini söyləməyimə lüzum yox. Olsun. Bizim mübarizəmiz Azərbaycanın sağlam gələcəyi üçündür və bu yol daxildə də, xaricdə də xeyli insanı rahatsız edəcəkdir. FB-də yazılan statuslarımda mən çox zaman siyasi kimliyimə də xələl gətirə biləcək fikirləri ifadə etməkdən çəkinmirəm, çünki əvvəl-axır bu yükü kimlərsə öz üzərinə götürməlidir. Bir şeylə razıyam ki, həqiqətən də mən bu xalqın tarixi köklərindəki yanlışlıqların yeni nəsil üçün düzəldilməsi üçün çalışıram və bu kökün qurdlardan, taxtabitilərdən təmizlənməsi üçün səy göstərirəm.

Bu ölkədə siyasi hakimiyyətin icazəsi ilə də olsa, biznes maraqları ilə üst-üstə düşsə də, kimliyindən asılı olmayaraq bir rus, bir yəhudi, özünü şiə, nurçu, taliban, sələfi adlandıran kimsə, katolik, provaslav olsun, alman, amerkan olsun - kim Azərbaycan övladı üçün modern və səviyyəli təhsil verən bir məktəb açırsa, onun əllərindən öpürəm. Kimlər ki, cəhalət, nadanlıq yayan məktəbləri himayə edirsə, onlara qarşı da barışmaz münasibətim var.

Turan Yazqana Allah rəhmət etsin, məhdud imkanları ilə Azərbaycanda açdığı Atatürk məktəblərini, Türkiyə Diyanət Vakfının məktəbini niyə də təqdir etməyim? Əgər özümüzdə bunu edəcək düşüncə aşağıdırsa, bir nəfər belə zəngin adamın məktəb açması dövlət səviyyəsində stimullaşdırılmırsa, yaxşı alternativləri qorumaq hər birimizin borcu deyilmi? Azərbaycanda təhsil siyasətinin yanlış olduğunu və əhalinin savadsızlaşdırılmasına xidmət etdiyini məgər hər platformada dilə gətirmirəmmmi?

Qaldı təriqətçilik məsələsinə, yadıma maraqlı bir epizod düşdü. Bunu rəhmətlik Əbülfəz bəylə bir söhbətim zamanı yaddaşımda saxladım və bu günə qədər də haqqımda deyilənlərə məhz bu baxış bucağından yanaşmağa üstünlük verirəm. Bir dəfə söylədim ki, içki məsələsi ilə bağlı haqqında xeyli böhtanlar yazırlar, bəlkə bir dəfə buna açıqlama gətirəsiniz? Cavabı mənim üçün ibrətamiz idi: Bu məmləkət insanının böyük çoxluğu, ildə bir-iki gün dini mərasimlərdə, bir də kimsə vəfat edəndə Allahı xatırlayır, sonra hər kəs özünü tam nəzarətsiz hiss edir. Ona görə də axirət qorxusu olmayan bir cəmiyyətdə, ən salamatı, içki içməyimlə bağlı iradların bildirilməsidir. Bütün günü alnını yerə qoyub ibadət etsəm də, elə böhtanlarla qarşılaşacağam ki, bu böhtana şükür edəcəyəm.

Anlada bildimmi?

Tarix
2013.12.01 / 21:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla