Yuxarı

XİN Fransanın rəsmi qrumlarına müraciət edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN Fransanın rəsmi qrumlarına müraciət edəcək

Senatorun işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar Fransanın rəsmi qurumlarına müraciət ediləcək.

"Fransalı senator Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə separatçılığın, bəşəriyyət üçün böyük təhlükə olan terrorçuluğun və eyni zamanda insanlığa qarşı törədilmiş cinayətlərin təşviqində rol oynayır. Bu şəxs ilk növbədə öz məsuliyyətini dərk etməlidir".

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev fransalı senator, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Filipp Kaltenbaxın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri və orada etdiyi çıxışa münasibət bildirərkən deyib. Azərbaycanın Fransadakı səfirliyi tərəfindən lazımi addımların atıldığını söyləyən mətbuat katibi bildirib ki, senator F. Kaltenbaxın işğal altındakı Dağlıq Qarabağa səfəri ilə əlaqədar Fransanın rəsmi qurumlarına lazımi müraciətlər ediləcək.

Xatırladaq ki, Fransa-Ermənistan dostluq qrupunun rəhbəri, senator Filipp Kaltenbax Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa qanunsuz səfər edib. O, separatçı rejimdə guya demokratik dəyərlərin inkişaf etdiyini deyərək Azərbaycanı bundan nümunə götürməyə çağırıb.

Tarix
2014.09.26 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla