Yuxarı

Kreml: “Xəzərin statusu həll olunur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml: “Xəzərin statusu həll olunur”

Sentyabrın 29-da Həştərxanda keçiriləcək IV Xəzər sammiti öncəsi Rusiyadan maraqlı açıqlamalar gəlib.

Axar.az xəbər verir ki, sammitlə bağlı açıqlama verən Kreml sözçüsü Yuri Uşakov Xəzərin hüquqi statusu probleminin həllində əhəmiyyətli irəliləyişlərin olacağını açıqlayıb. Sammitdə razılaşma olacağı təqdirdə müqavilənin Qazaxıstanda təşkil olunacaq V zirvədə imzalanacağı da açıqlanıb.

Onun sözlərinə görə, mütəxəssislərin çalışması nəticəsində Xəzərdə iki ayrı bölgə yaradılaca - bunlardan biri iqtisadi sahə, digəri isə ov sahəsi olacaq: "Xarici işlər nazirlərinin bazar günü keçiriləcək yığıncaqda razılaşma əldə etməsi gözlənilir. Lakin İran bu barədə bir az fərqli fikir yürüdür. İrandan başqa yerdə qalan dörd ölkə 1982-ci il Dəniz Hüququ Müqaviləsinə görə məsələnin həllini dəstəkləyir".

Kreml sözçüsü Xəzərə aid olamayan hər hansı bir ölkənin burada bazasının yerləşdirilməməsi haqqında razılaşma imzalanacağını açıqlayıb.

Xatırladaq ki, sentyabrın 29-da Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan liderlərinin qatılacağı Xəzəryanı ölkələr sammiti Həştərxan şəhərində təşkil olunacaq. Zirvə görüşündə liderlər Xəzərin statusundan əlavə Trans-Xəzər boru xətləri və Xəzərin təhlükəsizliyi ilə əlaqədar mövzularda müzakirələr aparacaq.

Tarix
2014.09.26 / 23:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

İlham Əliyev Avstriya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla