Yuxarı

ABŞ-ın “fosforlu” xəbərdarlığı: Putinlə Ərdoğanın fikir ayrılığı... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:07

Rusiya, İran və Türkiyə üçlüyünün cavabdehlik daşıdığı regionlar var və hazırda tərəflər arasında bu regionların müqəddaratı ilə bağlı fikirlər haçalanır.

Bu sözləri Axar.az-a Suriya ətrafındakı son vəziyyətlə bağlı danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, İdlib bölgəsində vəziyyət xeyli suallar doğurur:

“Çünki İdlibdə terrorçuların qərar tutduğu yerdə 3 milyondan çox insan yaşayır. İdlib bir yandan turbulent bölgədir, digər yandan isə Türkiyə ilə həmsərhəddir. Bölgənin gələcəyi və orada 50 minə yaxın yaraqlının müqəddaratı ilə bağlı hələ də vahid bir yanaşma yoxdur. İdlibdə vəziyyəti tam nəzarətə almaqdan ötrü həmin 50 minlik qrupu tərki-silah etmək lazımdır. Təbii ki, belə olan halda hərbi əməliyyatlara ehtiyac yaranacaq. Əsas məsələ bu əməliyyatdan sonra mövqelərin necə dəyişəcəyi və pay bölgüsünün hansı prinsiplər əsasında aparılacağıdır. Söhbət təkcə ABŞ-ın istəyindən getmir, burada həm də İsrail faktoru var. Çünki İsrail İranın Suriyanın strateji əhəmiyyətli bölgələrində möhkəmlənməsi ilə barışmayacaq. Bu isə bölgədə yeni hərbi eskalasiyanın başlanğıcını qoyacaq”.

Politoloq qeyd edib ki, Suriya ətrafındakı vəziyyət tərəflərin yenidən bir araya gəlməsini labüd edir:

“Rusiya istəyir ki, İran və Türkiyə məhz onun planı əsasında hərəkət etsin. Türkiyə isə böyük humanitar problemlərin olduğunu bildirir. Çünki İdlibdən yeni axın gözlənilir. Bütün bunların hamısı hərbi, siyasi və iqtisadi problemlərin vahid bir komponentini təşkil edir. Bunun üçün də tərəflərin nümayəndələri mütəmadi olaraq danışıqlar və məsləhətləşmələr aparmalıdır. Tehranda Moskvada yeni bir görüş keçirilməsinin razılaşdırılması da məhz bu səbəbdən qaynaqlanır. Çünki tərəflər də bilirlər ki, ziddiyyətlər varsa və mövqelər uzlaşmırsa, o zaman kompromis variantlar tapmaq lazım olacaq. Türkiyə həmsərhəd dövlət kimi böyük risklərlə üz-üzədir. Digər tərəfdən yaraqlıların bir qismi Türkiyəyə istiqamət götürsə, bu, ölkə daxilində vəziyyəti gərginləşdirə bilər. Buna görə də Türkiyə çalışır ki, yüz faizlik variantları özü üçün təmin etsin və bununla da təhlükələri neytrallaşdırsın. Əks təqdirdə, Ankara kompromislərlə razılaşmayacaq. Ona görə də Türkiyə tanklarını Suriya istiqamətinə yeridib. Görünür, hərbi əməliyyatlar qaçılmazdır. ABŞ da fosfor bombalarından istifadə edərək vəziyyəti gərginləşdirir. Vaşinqton bununla hərbi əməliyyatlar başlayacağı təqdirdə prosesə müdaxilə edəcəyini bildirir. Burada ən əsas çıxış yolu incə diplomatiyanın işə salınmasıdır. Əgər diplomatlar gərgin olan vəziyyəti bir qədər də qəlizləşdirməsələr, bu, bütün tərəflərin xeyrinə olacaq”.

Tarix
2018.09.11 / 12:37
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla