Yuxarı

Nikol danışdı, Putin isə yalnız bir dəfə... – Şok detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlə bağlı bir sıra maraqlı məqamlara toxunub.

Axar.az Kolesnikovun Putin-Paşinyan görüşü ilə bağlı müşahidələrinin əhəmiyyətini nəzərə alaraq, ekspertin məqaləsini oxuculara təqdim edir:

“Putinlə Paşinyanın əvvəlki iki görüşü müxtəlif tədbirlər çərçivəsində baş tutduğundan rəsmi xarakter daşımayıb. Buna görə də budəfəki səfərin gündəliyində dayanan məsələlərlə yanaşı, küçələrdən gələn yeni erməni hökumətinin Kremlin zallarında peyda olması prosesinin özü də böyük maraq doğururdu. Burada ən mühüm məsələ bir qədər əvvəl eks-prezident Robert Köçəryanın həbsi və “Putin NATO-su”nun Baş katibi Yuri Xaçaturovun həbsinə cəhd etməklə Moskvanı kəskin qəzəbləndirən inqilab liderinin Putinlə necə danışması olmalıdır.

Nümayəndə heyətinin böyüklüyünə təəccübləndim: Kremlin kabinetinə onun ardınca dərhal çoxlu insan daxil oldu. Prinsipcə anlamaq olar ki, hələ az və ya çox dinc olan inqilabları dövründən bu insanlar tək gəzmirlər. Çünki xalqın müqəddəratını həll etmək təkbaşına narahat bir gücün iqtidarında deyil, ancaq hətta Çin nümayəndə heyəti belə Kremlə son səfərində daha təvazökar görünürdü. Görünür, hələ İrəvanda olarkən Paşinyandan Moskvaya gəlməyi xahiş edən hər kəs burada olub.

Jurnalistlər isə çox az idi. Sadəcə foto və televiziya müxbirləri gəlmişdi. Mən isə özü də uzun illər jurnalist olaraq çalışmış erməni baş nazirin istəyən hər kəsin bu sahədə çalışmasına icazə verdiyini eşitmişdim: akkreditasiyanın xarakteri bəlli idi. Belə ki, məsəl üçün, hətta mənə belə təklif etmişdilər.

Bundan əlavə, Paşinyanın şəxsi operatoru və səs mühəndisləri özlərini amerikalı həmkarları kimi apardılar. Daha doğrusu, kabinetin ərazisini dərhal mənimsədilər, səs cihazlarının necə işlədiyini yoxlayaraq öz baş nazirlərinin gəlməsini gözlədilər. Eyni zamanda, səliqəli geyinmiş və ümumiyyətlə uzun müddətdir hakimiyyətdə işləyən və öz dəyərlərini bilən insan təəssüratı yaratdılar.

Bütün bunlar mənə nəyisə xatırlatdı... Bunlar sürətli dəyişikliklərdir... Hə, əlbəttə, bu Gürcüstandır, anidən qalib gələn Saakaşvilidir!

Mən jurnalistlərdən birindən baş nazirin hansı əhval-ruhiyyədə olduğunu soruşanda “konstruktiv” cavabını verdi və əlavə etdi ki, Paşinyan Rusiyanı sevməsindən və dostluq etmək niyyətində olmasından danışacaq. Çünki Köçəryanın həbsindən sonra hər şey çətinləşib. Ancaq hər halda sonda onu azadlığa buraxdılar! Putin isə Köçəryanı doğum günü münasibətilə ictimai şəkildə, öz saytında təbrik edib. Ermənilər bu eyhamı anlayıb. Buna görə də hər şey qaydasındadır.

- Hər şeydən əvvəl icazə verin sizi Moskva Günü münasibətilə təbrik edim. Mən artıq böyük bir şənlik planlandığını hiss elədim”, - Paşinyan Putinə müraciət edərək deyib.

O, həmçinin Putindən “aralarındakı şəxsi münasibətlərin xüsusi xarakteri” barədə danışmaq üçün icazə də istədi.

“Hazırda həm erməni, həm də rus mətbuatında, sosial şəbəkələrdəki pessimizmə baxmayaraq, vurğulamaq istərdim ki, bizim münasibətlərimiz olduqca dinamik şəkildə inkişaf edir”, - erməni lider vurğuladı.

Qəribədir ki, Rusiya prezidenti belə bir nəzakətə bir dəfə də olsun cavab vermədi.

“Lakin bu demək deyil ki, bizim münasibətlərimizdə heç bir sual yoxdur”, - Paşinyan davam etdi.

Məhz burada Putin onunla razılaşdığını bildirdi.

Görünür, Köçəryanın həbsi onda həqiqətən güclü təəssürat yaradıb.

“Allah heç bir sualların olmadığı bir münasibət göstərməsin. Çünki bu, ortada, ümumiyyətlə, münasibətlərin olmadığı anlamına gələrdi. Əminliklə deyə bilərəm ki, bizim münasibətlərimizdə həll edilməyəcək məsələlər yoxdur. Əlbəttə, bizim parlaq münasibətlərimiz var (nə qədər səmimidirsə, həmsöhbətini də o qədər inandırdı – A.K), ancaq düşünürəm ki, bununla kifayətlənmək olmaz!” - Paşinyan əlavə etdi.

Mən isə Paşinyanın çıxışı zamanı erməni nümayəndə heyətindən bir nəfərin zalı tərk etməsi və bir neçə dəqiqədən sonra arxasında tutduğu əllərində sarı bağlama ilə içəri daxil olduğunu görəndə, həqiqətən, burada heç kimin dayanmaq niyyəti olmadığını başa düşdüm. Onun üzərində rus və görünür, erməni dillərində: “Erməni konyakı” yazılmışdı.

Kreml kabinetinə öz şərabları ilə gəlmələri, ehtimal ki, ilk dəfə baş verirdi.

Düşünüldüyü kimi, bu danışıqlar qısamüddətli olmadı. Ola bilsin, məhz buna görə “Zaryadye” parkında Putinin konsert zalını açmasını bir saatdan artıq gözləyiblər.

Tarix
2018.09.11 / 16:32
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla