Yuxarı

Nikolun Putindən sui-istifadə cəhdi, Kremlin 3 tələbi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin Moskvada Paşinyanın qarşısında üç şərt qoyub.

Bu sözləri Axar.az-a açıqlamasında ekspert Natiq Cəfərli deyib. Ekspert Kremlin iki əsas şərtinin Ermənistanla bağlı olduğunu bildirib:

“Kremlin birinci şərti Ermənistanın Qərblə münasibətlərinin daha sakit məcraya yönəlməsidir. Paşinyan son zamanlar Avropa Birliyi, Avropa Şurası, ABŞ və NATO ilə daha sıx əməkdaşlıqla bağlı danışıqlar aparır və ciddi addımlar atmağa çalışır. Ermənistan siyasi hakimiyyətinin xarici siyasət vektorunun Qərbə doğru sərt dəyişməsi Rusiyanı çox narahat edir. Bu, Rusiyanın Ermənistanda, ümumiyyətlə, Cənubi Qafqazda varlığını sual altında qoyur.

Kremlin ikinci şərti rus qoşunlarının Ermənistanda uzunmüddətli qalması və bunun üçün bütün təminatların verilməsidir. Ermənistanda son zamanlar rus qoşunlarının bu ölkədən çıxarılması ehtimalı tez-tez səsləndirilir. Bu da Kremli ciddi narahat edir. Rus qoşunlarının Ermənistandan çıxarılmasına cəhd Paşinyan hakimiyyətinin sonunu gətirə bilər. Rusiyanın Ermənistanda kifayət qədər böyük rıçaqları və təsir mexanizmləri var. Ona görə də bu məsələdə güzəşt olacağını düşünmürəm”.

Ekspert Putinin Moskvada Paşinyan qarşısında qoyduğu sonuncu şərtin Dağlıq Qarabağ məsələsi ilə bağlı olduğunu düşünür:

“Rusiya tərəfindən Dağlıq Qarabağla bağlı müəyyən təkliflərin səsləndirildiyini düşünürəm. Təbii ki, Rusiya hələ bu məsələnin kökündən həllində maraqlı deyil. Ona görə də Kreml yarımçıq da olsa, Moskvada Qarabağ məsələsi ilə bağlı həll variantı təklif edib. Rusiya Azərbaycanı daha yaxına çəkmək və KTMT-yə üzv etmək üçün bir neçə rayonun danışıqlar yolu ilə Azərbaycana qaytarılmasını, əvəzində isə bölgədə rus qoşunlarının yerləşdirilməsini təklif edə bilər. Hətta Moskvanın bu yöndə İrəvana təzyiq etdiyini istisna etmirəm”.

Ekspert hesab edir ki, Paşinyan seçkilərə qədər konkret qərar verməkdən çəkinəcək və nəticələri gözləyəcək:

“Parlament seçkilərinin nəticələri Ermənistanın xarici və daxili siyasət vektoru üçün çox vacib olacaq. Əgər Paşiyan seçkilərdə qalib gəlməsə, yəni başqa partiyalar da parlamentdə eyni qaydada yer alsa və nəticədə koalisyon hökumətin formalaşması ehtimalı yaransa, onda Paşinyan və komandası zəifləyəcək. Bu zaman İrəvanın Moskvanın şərtlərindən boyun qaçırmaq ehtimalı sıfra bərabər olacaq”.

Politoloq İlqar Vəlizadə də Paşinyanın Moskvada üzərinə bir sıra vədlər götürdüyünü hesab edir:

“Paşinyanın Rusiyaya səfəri İrəvan-Moskva münasibətlərinin böhranlı vəziyyətini bir daha ortaya qoydu. Paşinyanın Moskvada yeganə nailiyyəti o idi ki, Rusiya Ermənistan üçün qazın qiymətini qaldırmayacaq. Buna heç nailiyyət də demək olmaz. Əslində, Putin Paşinyana yaxın müddətdə siyasətini dəyişmək və Rusiyanın qoyduğu şərtlərə əməl etmək üçün şans verib. Əks təqdirdə Moskva nəinki İrəvana satdığı qazın qiymətini qaldıracaq, daha sərt addımlar atacaq. Paşinyan isə hələlik bu “uğurunu” əlində bayraq tutaraq guya Moskva ilə heç bir probleminin olmadığını göstərir. Bu, başdan-ayağa yalandır və yenə də daxili auditoriyaya hesablanıb. Digər tərəfdən, Nikol bu yalanla siyasi rəqiblərinə artıq Rusiyanın onların arxasında dayanmayacağı mesajını verir. Ancaq Sərkisyan və onun dəstəsi bu cür ucuz bəyanatlara deyil, birbaşa Kremlə əlaqələrinə söykənirlər”.

Tarix
2018.09.12 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla