Yuxarı

Bu həbs Paşinyana hava-su kimi lazımdır - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Robert Köçəryan yaxın zamanda yenidən həbs oluna bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bunu Köçəryanın 1 mart hadisələrində dinc əhaliyə qarşı odlu silahdan istifadə haqqında Yuri Xaçaturova verdiyi əmrin birmənalı qaydada sübuta yetirilməsi ilə izah edib:

“Köçəryan müvəqqəti olaraq həbsdən azad edilmiş, ancaq onun haqqında cinayət işi dayandırılmamışdı. İndi isə eks-prezident haqqında qaldırılmış cinayət işi ilə bağlı yeni istintaq materialları yetərincədir. Bu o deməkdir ki, Köçəryan yaxın zamanda yenidən həbs oluna bilər. Bu həbs Paşinyana xalqa verdiyi vədləri yerinə yetirmək üçün hava-su kimi lazımdır. Çünki yerli ermənilərlə Dağlıq Qarabağdan gəlmə ermənilər arasında psixoloji düşmənçilik var. Ermənistan əhalisi isə bunun əsas səbəbkarı kimi məhz Köçəryanı görür. Çünki Ermənistan əhalisinin qeyri-bərabər vəziyyətə düşməsi, Dağlıq Qarabağdan gələnlərin qısa müddətdə iri oliqarxlara çevrilməsi və ölkə büdcəsinin talan edilməsi Köçəryan dövründə həyata keçirilib. Bu səbəbdən də Köçəryanın həbsi artıq prinsipial məsələdir, əks təqdirdə Paşinyan sosial bazasını itirə bilər”.

Politoloq Köçəryandan fərqli olaraq KTMT-in Baş katibi Yuri Xaçaturovun həbsinin təxirə salınacağını düşünür:

“Çünki Xaçaturovun həbsi Moskva ilə ciddi problemlər yarada bilər. Bu fonda Paşinyanın Moskvada daha çox Köçəryan və Sərkisyanın həbsi üzərində dayandığını düşünürəm”.

Tarix
2018.09.12 / 12:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla