Yuxarı

Xəzərin statusu ilə bağlı açıqlanan bəyanatın şərtləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərin statusu ilə bağlı açıqlanan bəyanatın şərtləri

"Xəzərin siyasi statusunun razılaşdırılması sizin və kolleqalarınızın intensiv səyləri nəticəsində baş verdi".

Axar.az Ria-Novosti-yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

İkitərəfli münasibətlərin normal səviyyədə inkişaf etdiyini bildirən Ruhani Xəzər sammitinin səmərəli keçdiyini qeyd edib:

"Sammitdəki atmosfer çox yaxşı idi və bu onu göstərirdi ki, bütün ölkələr əməkdaşlığın inkişafına nail olub".

Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzər sammitində Xəzərin statusu ilə bağlı razılaşdırılan bəyanatda bildirilir:

"Xəzərdə tərəflərin fəaliyyəti onlar tərəfindən uyğunlaşdırılmış prinsiplər əsasında həyata keçiriləcək. Həmçinin ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə hörmət ediləcək. Güc tətbiq edilməməli, qarşılıqlı hörmət, əməkdaşlıqlar, ölkələrin daxili işlərinə qarışmamaq başlıca meyar olacaq".

Həmçinin fövqəladə vəziyyətlərin aradan qaldırılması sahəsində bir sıra idarələrarası razılaşmalar imzalanıb, ekologiya və meteorologiya sahəsində əməkdaşlıq ediləcək.

Tarix
2014.09.29 / 20:03
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla