Yuxarı

XIII beynəlxalq mediaforumunun qətnaməsi qəbul olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 12-də Minskdə “Gələcək naminə tərəfdaşlıq: media məkanı üçün rəqəmsal gündəm” mövzusunda keçirilən XIII Belarus beynəlxalq mediaforumunun qətnaməsi qəbul olunub.

Axar.az xəbər verir ki, əvvəlcə Belarusun informasiya nazirinin birinci müavini Pavel Lyoqkiy forum iştirakçılarını qətnamənin mətni ilə tanış edib. Qətnamədə dünya media orqanları arasında təcrübə mübadiləsinin davam etdirilməsinin, ənənəvi mətbuatın mövqeyinin möhkəmləndirilməsinin, onun müasir tələblərə cavab verən rəqəmsal mediaya transformasiyası üçün birgə qlobal layihələrin həyata keçirilməsinin önəmi qeyd olunur.

Sənəddə vurğulanır ki, forum iştirakçıları informasiya təhlükəsizliyinin təmin olunması və yalan məlumatların yayılmasının qarşısının alınması üçün birgə mübarizə aparmalıdırlar.

Sentyabrın 12-də forum çərçivəsində müxtəlif mövzular ətrafında panel müzakirələr də aparılıb.

Mediaforumda 30-dək ölkədən 300 nümayəndə iştirak edir. İlk dəfə olaraq beynəlxalq mediaforuma Vyetnam, Monqolustan və Banqladeşdən də nümayəndə heyətləri qatılıb. İştirakçılar arasında, həmçinin Almaniya, Fransa, Avstriya, Bolqarıstan, ABŞ və İsraildən olan qonaqlar var. Forumda Azərbaycanı AZƏRTACTrend informasiya agentlikləri təmsil edir.

Tarix
2018.09.12 / 23:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla