Yuxarı

Ankara və Moskvanın toqquşma nöqtəsi: ABŞ istifadəyə çalışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Suriya, ümumiyyətlə, Yaxın Şərq siyasəti onun milli maraqlarından irəli gələrək, ölkənin təhlükəsizliyi ilə bağlı olan məsələdir.

Bu sözləri Axar.az-a Türkiyənin Suriya siyasətini dəyərləndirən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, son illərdə Türkiyənin yürütdüyü Yaxın Şərq siyasətinin hər hansı bir şəkildə mənfi nəticələnəcəyini və yaxud da bunun hansısa müsbət nəticələri olmayacağını düşünmür:

“Sadəcə olaraq, məsələyə fərqli formada yanaşmaq lazımdır. İran-Türkiyə-Rusiya birliyi əslində xarici təsirlərin diqtəsi ilə formalaşmış zəruri bir ittifaqdır. Bu ittifaq ilk növbədə Qərbin, ABŞ-ın Yaxın Şərqdəki siyasətinə alternativ olaraq formalaşıb. Eyni zamanda onu diqtə edən ən əsas amil Qərbin və ABŞ-ın məhz bu üçlükdə təmsil olunan ayrı-ayrı ölkələrə tətbiq olunan münasibət ilə şərtlənir. Məlum idi ki, üç ölkə arasında ciddi prinsipial məqamlarda fikir ayrılıqları ortaya çıxacaq. İdlib bu prinsipial fikir ayrılığını ortaya çıxaran ilk məqam oldu. Amma bu o demək deyil ki, Rusiya, İran və Türkiyə bu məqamdan hansısa bir nəticə çıxartmayacaq. Ümumiyyətlə, İdliblə bağlı bu üçlüyün müəyyən razılaşmalara gələcəyini düşünürəm”.

Analitik qeyd edib ki, hazırda İdlib ilə bağlı ABŞ və Türkiyənin maraqlarının üst-üstə düşdüyü görünür:

“Eyni zamanda İdlib məsələsində Türkiyə ilə Rusiya və İranın maraqları toqquşur. Amma artıq son keçirilən görüşdən də belə nəticə çıxarmaq olar ki, üçlük hər halda müəyyən çıxış yolları axtarır. Mümkündür ki, bir-birinə qarşılıqlı güzəştlər edilsin. Türkiyənin Suriya, ümumiyyətlə, Yaxın Şərq məsələsində güzəşt edəcəyi bir məqam yoxdur. Çünki Türkiyənin konkret ortaya qoyduğu hədəflər və bu hədəfləri əsaslandıran doğruları var. Bu mənada əgər Rusiya və İran müəyyən mənada öz maraqlarını Türkiyə ilə uzlaşdıra bilsə, bu, Yaxın Şərqdə münaqişələrin həlli istiqamətində çox ciddi addım olardı. Qərb də, ABŞ da maksimum dərəcədə burada məhz bu kəsişən nöqtələri manipulyasiya etməklə, əslində, bu üçlüyün müəyyən mənada həmin o konfliktli nöqtələrdə çıxış yolu aramalarına bir az kölgə salmaq istəyirlər. Onlar bu üç ölkənin Yaxın Şərqlə bağlı etdiyi cəhdlərə kölgə salmaq üçün müəyyən informasiyalar dövriyyəyə buraxırlar”.

Tarix
2018.09.13 / 09:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla