Yuxarı

Azərbaycan daha iki ölkə ilə viza rejimini sadələşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan daha iki ölkə ilə viza rejimini sadələşdirir

Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişin imzalanmasına hazırlığa başlayıb.

Bunu Trend-ə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında danışıqlar artıq başa çatıb və hazırda sazişin imzalanmasına hazırlıq gedir.

Sazişin imzalanması tarixinə gəlincə, M.Məmməd-Quliyev qeyd edib ki, ilk növbədə, həmin sazişlərin imzalanması üçün səlahiyyət almaq və digər dövlətdaxili prosedurları yerinə yetirmək lazımdır, bundan sonra konkret tarix haqqında danışmaq olar.

Nazir müavni əlavə edib ki, razılığa əsasən Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı (Aİ) ilə sazişin şərtlərinə uyğun olacaq.

Qeyd edək ki, Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib.

Aİ ölkələrində qalmanı nəzərdə tutan qısamüddətli viza 180 gün ərzində 90 gündən artıq müddətdə olmayan vizadır. Sazişə əsasən, viza haqları 60-dan 35 avroyadək endirilib, bəzi kateqoriyadan olan vətəndaşlar isə viza haqlarından azad olunacaq.

Tarix
2014.09.30 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla