Yuxarı

“Rus politoloqlar Həştərxan sammitini şişirdir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rus politoloqlar Həştərxan sammitini şişirdir”

"Xəzərin potensial konflikt zonası olması ilə bağlı fikirlər rus politoloqlarının uydurmasıdır".

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Xəzəryanı ölkə liderlərinin Həştərxan görüşünü şərh edərkən söyləyib. O, Rusiya politoloqlarının Həştərxan sammitinin nəticələrinin şişirtdiyini bildirib:

"Xəzər sammitində hər ölkə öz mövqeyində qaldı. Xəzəryanı dövlətlərin sammitində ölkələr heç bir tərəfin maraqlarına toxunmayan məsələləri müzakirə etdilər. Ümumi məsələlərdə hər bir ölkə öz sektorunda rəhbərdir. Orada hər kəs vurğuladı ki, məsələlər konsensusla həll olunur. Burada heç bir ölkənin marağına toxunmaq mümkün deyil. Sammitdə vurğulandı ki, Xəzər dənizi dostluq və sülh dənizidir. Ona görə də Xəzərin potensial konflikt zonası olması ilə bağlı fikirlər rus politoloqlarının uydurmasıdır. Mən düşünmürəm ki, Xəzərdə Azərbaycanla İran arasında hansısa mübahisəli məsələ qalır. Belə şey yoxdur. Əvvəllər Türkmənistanla aramızda Kəpəz neft yatağı ilə bağlı mübahisə vardı. Görünür, artıq bu da həll olunub. Ona görə də nə Bakı, nə də ki Aşqabad bu məsələlərdə bir-birinə heç bir irad tutmur".

Tarix
2014.10.01 / 08:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla