Yuxarı

"Dağlıq Qarabağ münaqişəsi sülh üçün çox təhlükəlidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış hazırki durğun vəziyyət regionda sülh və stabillik üçün çox təhlükəlidir. Ermənistan ordusunun işğal olunmuş torpaqlardan çıxarılması və Azərbaycan əhalisinin öz evlərinə geri dönmələri bu münaqişənin həlli üçün irəliyə addım olar".

AzərTac xəbər verir ki, bunu ATƏT PA-nın Cenevrədə keçirilən payız sessiyasında çıxışı zamanı ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, bu cür hərəkət Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin yaranmasına kömək edəcək. Bu isə özlüyündə davamlı sülh yaratma istiqamətində çox önəmli elementdir: "İki gün öncə bizim müzakirələrdə nümayiş olunduğu kimi, Ukraynadakı vəziyyət ATƏT PA-nın hazırki narahaçılığının mərkəzi problemi olaraq qalır. Dünya ictimaiyyəti hədsiz insan itkilərinin və mülkiyyətə dəyən ziyanın şahidi oldu. Bu günlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin isveçrəli işçisi Laurent Etiennenin Ukraynada öldürülməsi həddindən artıq utancverici bir hadisədir. Beynəlxalq ictimaiyyət Ukrayna məsələsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etdi. Bu qərarlar ilk növbədə beynəlxalq hüququn bir sıra təməl prinsiplərinin, xüsusilə, mübahisələrin sülh yolu ilə həlli və dövlətlərin ərazi bütövlüyünə hörmətin vacibliyini nəzərdə tutur".

A.Quliyev qeyd edib ki, hazırda dörd mindən artıq azərbaycanlı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində itkin və əsir düşüb: "Burdan Beynəlxalq Qırmız Xaç Komitəsinin rəhbərliyindən azərbaycanlı əsirlərin azad olunmasına kömək etmələrini xahiş edirəm".

Millət vəkili çıxışında İraq və Suriya ətrafında baş verən hadisələrə də toxundu: "Bu gün, biz İraqda və Suriyada faciəli təcavüzlərin davam etdiyinin şahidiyik. Bu yeni təhdidlərin əsas səbəbi İŞİD kimi terrorist qruplar üçün əlverişli şərait yaradan getdikcə şiddətlənən münaqişələr və dövlətçiliyin, idarəetmənin uğursuzluğa düçar olmasıdır. İŞİD ola bilsin adı ilə yenidir, lakin, bu yeni bir təhdid forması deyildir. İndi İŞİD-ın 40- 50 min nəfərlik ordusu var. Sual olunur, İŞİD-a hansı ölkələr və yaxud qüvvələr köməklik edir? Kim İŞİD-ı dəqiq və ardıcıl kəşfiyyatla təmin edir? Hər kəsə məlumdur ki, kənardan dəstək olmasa, bu cür təşkilat qurula, fəaliyyət göstərə və bu qədər ciddi təhlükəyə çevrilə bilməzdi. Əgər biz İŞİD-ı yox etmək istəyiriksə, o zaman yuxarıda sadalanan suallara aydınlıq gətirməmiz lazımdır".

Tarix
2014.10.05 / 22:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla