Yuxarı

Kadırov Putinin ad gününü yüzminlərlə keçirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov Putinin ad gününü yüzminlərlə keçirir

Rusiya Prezidenti Vladimir Putinin ad günü şərəfinə keçirilən və minlərlə insanın iştirak etdiyi yürüş Qroznının mərkəzindən, Minutka meydanından start gütürərək Əhməd Kadırov prospekti ilə davam edir.

Axar.az RİA Novosti-yə istinadla bildirir ki, aksiya iştirakçıları uzunluğu 600 metr olan Rusiya və Çeçenistan bayraqları aparır və "Rusiya!", "Çeçenistan!" nidaları səsləndirirlər.

Çeçenistan DİN nümayəndəsinin məlumatına görə, yürüşdə 100 minədək insan iştirak edir. Yürüş bayram konserti və xalq gəzintisi ilə davam etdiriləcək.

Xatırladaq ki, bu gün Putinin ad günüdür. Prezidentin 62 yaşı tamam olur. Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Putin bu gün istirahət götürüb və ad gününü Sibir tayqasında, yaşayış məskənlərindən xeyli uzaqda qarşılayacaq.

Tarix
2014.10.07 / 14:15
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla