Yuxarı

“McDonalds” rəhbəri icra başçısının oğlunun həbsini istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“McDonalds” rəhbəri icra başçısının oğlunun həbsini istəyir

Sentyabrın 29-da Bakıda icra başçısının oğlunun törətdiyi qəza onun həbsi ilə nəticələnə bilər.

Axar.az-a verilən məlumata görə, Səbail rayonunun İcra Hakimiyyətinin başçısı Asif Əsgərovla "MCDonalds" restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev arasında narazılıq yaranıb. Məlumatda bildirilir ki, iş adamı oğlunun ölümünə səbəb olan bu qəzada icra başçısının övladı İlham Əsgərovu günahlandırıb.

Mənbənin qeydlərinə görə, iş adamı istintaqın gedişini gözləyir. M.Mirzəyev övladının həyatına son qoyan bu qəza ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır. Sadəcə, istintaqdan narazı qalarsa, bu halda yuxarı instansiyalara müraciət etməyi planlaşdırır.

Qaynağımız iddia edir ki, hazırda faktla bağlı araşdırma gedir. A.Əsgərovun oğlu isə hadisə nəticəsində möhkəm xəsarət aldığına görə Türkiyədə müalicə olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir. Müalicə yekunlaşdıqdan sonra istintaq Səbail rəhbərinin oğlu barəsində nəticəyə gələcək.

Mənbə bildirir ki, icra başçısının bundan əvvəl də müavini bir nəfərin ölümünə səbəb olan qəza törədib. Ardınca oğlunun qəza törətməsi A.Əsgərovun karyerasına ciddi zərbədir.

Xatırladaq ki, başçının oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.

Tarix
2014.10.07 / 22:03
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla