Yuxarı

Prezidentdən Bakı meriyasına mühüm - Göstəriş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bakı şəhərində yeni parklar, bulvarlar salınır. Bakı indi gözəl parklar, xiyabanlar şəhəridir. Köhnə, yararsız vəziyyətdə olan sənaye müəssisələri şəhərin mərkəzindən çıxarılır, yeni gözəl parklar salınır. Bu il də onlardan biri Babək prospektində, Heydər Əliyev Mərkəzinin aşağısında, Yusif Səfərov küçəsində salınıb və vətəndaşların sərəncamına verilib. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik", - İ. Əliyev qeyd edib.

Tarix
2018.10.10 / 09:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla