Yuxarı

Qarabağda kimin hüquqlarına nəzarət ediləcək? - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Hamı bilməlidir ki, müəyyən bir ölkəni ziyarət etmək üçün dövlət sərhəd rejiminə əsasən müəyyən prosedurlara, xüsusilə də dövlət sərhəd rejiminin beynəlxalq hüquqda tanındığına əməl edilməsi qaydasına riayət etmək lazımdır. Məlum olduğu kimi, dövlət sərhəd rejimi milli qanunvericilik və beynəlxalq müqavilələrlə müəyyən edilir. Azərbaycan digər dövlətlər kimi, sərhədini keçən şəxslərdən müəyyən olunmuş norma və qaydalara riayət edilməsini tələb etmək hüququna malikdir. Biz qeyri-adi bir şey tələb etmirik. Dövlət sərhəd rejiminin pozulmasına imkan verilərsə, digər hüquqlara riayət edilməsini necə tələb edə bilərik?

Axar.az xəbər verir ki, bu fikri AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri zamanı deputat Sevinc Fətəliyeva söyləyib. O bildirib ki, insan haqlarının monitorinqi ideyası təqdirəlayiqdir, ancaq Dağlıq Qarabağda kimin hüquqlarına nəzarət ediləcək? Adətən monitorinq altında hüquqları pozulan şəxslərin hüquqları olur. Dağlıq Qarabağ 28 ildir ki, Ermənistanın hərbi rejimi tərəfindən idarə olunur. Etnik təmizləmələr və işğal nəticəsində yerli əhali doğma yurdundan didərgin düşüb, onu tərk etmək məcburiyyətində qalıb. Orada məskunlaşan hərbi qüvvələrin, işğalçıların hüquqlarını monitorinq etməyi təklif edirsinizmi? Bu, məntiqsizdır.

Millət vəkili qeyd edib ki, belə təkliflər yalnız münaqişənin eskalasiyasına səbəb ola bilər, sülh yolu ilə həllinə isə mane olacaq. Eskalasiyaya səbəb olan digər məsələ Ermənistanın təşkil etdiyi xarici vətəndaşların Dağlıq Qarabağa qanunsuz səfərləridir. Bir necə gün öncə Ermənistanın baş nazirinin yoldaşı Akopyan müxtəlif dövlətləri təmsil edən nümayəndə heyəti ilə Dağlıq Qarabağa səfər təşkil edib. Bu səfər “sülhməramlı xalq diplomatiyası” adlandırılır. Mən qadın kimi, ana kimi sülh məramını başa düşürəm. Çünki qadınlar həmişə sülhü düşünür, övladlarını, onların gələcəyini düşünür. Lakin hələ bu gün də erməni silahlı qüvvələri günahsız azərbaycanlı uşaqları güllələyirsə, hansı sülh məramından söhbət gedə bilər? Sülhə belə nail olmaq olmaz. Ölkələrin icazəsi olmadan işğal altında olan ərazilərə səfərlər heç vaxt münaqişələrin həllinə fayda verə bilməz. Daha yaxşı olar ki, işğalın qurbanı olan məcburi köçkünlərin hüquqları monitorinq edilsin.

Tarix
2018.10.11 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla