Yuxarı

Alvi: Qarabağa görə Ermənistanı tanımırıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.

Axar.az xəbər verir ki, Pakistan Prezidentinin Administrasiyasının binasında keçirilən görüşdə Əli Əlizadə qəbula və görüşə görə təşəkkür edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və salamlarını Arif Alviyə çatdırıb.

Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini qeyd edən səfir Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, torpaqlarımızı işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığı və ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyi üçün Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb. Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu və Kəşmir məsələsinin BMT TŞ-nın qətnamələri əsasında tezliklə həll edilməsinin tərəfdarı olduğunu vurğulayan səfir beynəlxalq və regional məsələlərdə də hər iki ölkənin bir-birini dəstəklədiyini bildirib. Səfir iki ölkənin daim inkişaf edən əlaqələrinin hazırkı vəziyyəti, həyata keçirilən iqtisadi, ticarət, hərbi-texniki, turizm, humanitar və sosial yönümlü layihələr, nəzərdə tutulan yeni əməkdaşlıqlar haqqında məlumat verərək, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bu əlaqələrin inkişafında hər iki ölkə rəhbərinin xüsusi rolunun olduğunu vurğulayıb.

Pakistan Prezidenti Arif Alvi xoş salamlarını və dərin ehtiramını Prezident İlham Əliyevə çatdırılmasını xahiş edərək təbrikə görə təşəkkürünü bildirib, Azərbaycan Prezidentini hər zaman Pakistanda görməkdən məmnun olacağını qeyd edib.

Prezidenti Arif Alvi Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə, iqtisadi, ticarət, mədəni və elmi əlaqələrin daha da inkişafının zəruriliyini və bu istiqamətlərdə hər iki ölkənin dövlət qurumlarının daha yaxından işləməsinin vacibliyini bildirib. Dövlət başçısı ölkəsinin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra hər zaman dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb. Pakistan Prezidenti iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirib.

Prezident Arif Alvi səfirə fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasındakı əlaqələrin daha da inkişafına Pakistanın hər zaman dəstək verəcəyini qeyd edib.

Tarix
2018.10.12 / 01:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla