Yuxarı

Fazil Mustafadan PKK-nın siyasi qanadına sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafadan PKK-nın siyasi qanadına sərt cavab

"Türkiyə Azərbaycanın dar günündə yanında olduğu kimi, indi də biz Türkiəynin yanında olmalıyıq".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib.

Türkiyədə PKK-nın siyasi qanadı sayılan və kürdlərin hüquqlarının təmsilçisi hesab edilən HDP başqanı Səlahəddin Dəmirtaş Türkiyə hökumətini suçlayaraq bildirib ki, əgər Azərbaycan Kobanidə kürdlərin təhlükədə qaldığı şərtlərdə olsaydı, Türkiyə bu cür davranmazdı:

"Türkiyədəki prezident seçkilərində bu siyasətçinin çıxışlarına diqqət etmişdim, riyakarlığı sezilsə də, maraqlı fikirlər də səsləndirirdi. Bu qədər məntiqsiz müqayisəni isə anlamaq mümkün deyil. Əlbəttə, Azərbaycan təhlükədə qalsa, Türkiyə belə davranmayacaq! Siz otuz ildir Türkiyəyə xəyanət etməklə yanaşı, öz millətinizin də gənclərinin siyasət naminə məhv olmasına gətirib çıxarmısınız. Halbuki bu illər ərzində PKK terroru olmasaydı, kürdlər demokratik zəmində daha çox haqlar əldə edərdi və bu xalq silahlıları ilə deyil, təhsilli insanları ilə fəxr edərdi. Suriyada, İraqda, Türkiyənin içində Türkiyə dövlətinə qarşı illərdir həyasızcasına savaş apar, terror et, ölkə iqtisadiyyatına zərbə vur, bölgədə yaşayan sadə insanları mənasız separatçılıq xəstəliyinə yoluxdur, dar məqamda da yenə də üzünü Türkiyəyə tutub dəstək tələb elə. Kobanini bəhanə edib, Tükiyəni vəhşi üsullarla qarışdıran bu qüvvələr, əslində öz xəyanətlərinin bədəlini ödəyirlər. Baxın, Dəmirtaş və onun parlamentdə təmsil olunan dostları Türkiyənin Suriyaya ordu yeritməsinin əleyhinə səs verirlər, sonra da tələb edirlər ki, niyə Kobanini qorumaq üçün qoşun yeritmirsən. Sonra da orduya, hökumətə kömək etmək əvəzinə içəridə qarışıqlıq yaradıb, əslində Kobaninin İŞID-ə təslim edilməsinə özləri şərait yaradırlar. Çünki orada İŞİD-ə qarşı döyüşən PJK ilə PKK arasında kökü dərinlərə gedib çıxan konfliktlər var. Türkiyənin prezidenti Ərdoğanın açıqlaması tamamilə doğrudur, İŞID-lə PKK arasında heç bir fərq yoxdur".

F.Mustafa onu da qeyd etdi ki, YAP-ın rəsmi şəxslərindən olan Siyavuş Novruzovun da terrorola mübarizədə Azərbaycanın Türkiyəyə hər cür dəstək verəcəyini vurğulamasını tənqid edənləri də anlaya bilmədim:

"Bəli, bu görüşü tam dəstəkləyirəm, növbəti Milli Məclisdə gündəmə gətirməyi də düşünürəm, Azərbaycan Milli Məclisi həm İŞİD, həm də PKK terroru ilə mübarizədə Türkiyəni dəstəkləmək barədə ən azı siyasi bəyanat verməlidir. Bizim hərbi dəstəyimizə ehtiyac olacaq-olmayacaq, bu, başqa məsələdir. Dəmirtaş kimilərin nə söyləməyi əhəmiyyətli deyil, Türkiyə Azərbaycanın dar vəziyyətində göstərdiyi həssaslığı Azərbaycan da Türkiyə üçün mütləq göstərəcəkdir".

Tarix
2014.10.09 / 12:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla