Yuxarı

Bolton barışığa yox, müharibə şərtləri üçün gəlir - Bloxin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, bu səfər Rusiya–ABŞ münasibətlərində kardinal irəliləyişə səbəb olmayacaq.

Bu sözləri Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin eksperti Konstantin Bloxin ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə səfəri ilə bağlı Axar.az-a danışarkən deyib. Politoloqun sözlərinə görə, bəzi fundamental, daxili və xarici səbəblər mövcuddur ki, ABŞ–Rusiya münasibətlərinin yaxşılaşmasına mane olur:

“Zənnimcə, bu səfər, əksinə, mövcud qarşıdurmanı daha da gücləndirəcək. Amerikalılar Rusiyanı qarşısına almaq strategiyası seçib.

Bununla yanaşı, ABŞ establişmentindəki müasir ab-hava, Trampın manevr etmək imkanının məhdudlaşdırılması və s. Rusiya-ABŞ münasibətlərinə birbaşa təsir edir. İnanmıram ki, Boltonun səfəri bu məsələlərə müsbət təsir göstərə bilsin”.

Ekspert bildirib ki, Boltonun səfər çərçivəsində baş tutacaq danışıqlarının məqsədi Rusiya və Amerika Birləşmiş Ştatları arasında yaranmış soyuq müharibənin qaydalarını müəyyənləşdirmək, qırmızı xətləri dəqiqləşdirmək, maraq hüdudlarını aşkara çıxarmaqdır:

“Bizim maraqlarımız çərçivəsində elə sahələr var ki, aramızda asanlıqla münaqişələr yarasa bilər. Buna Suriyanı və ya Ukraynanı misal göstərmək olar. Mahiyyətcə həm ABŞ-ın, həm Rusiyanın əsas məqsədi müştərək bir mexanizm yaratmaqdır. Elə bir mexanizm ki, mümkün gərginlik ocaqlarını nəzarətə götürə, ölkələr arasında yarana biləcək gərginlik hallarının qarşısını ala, soyuq müharibənin qaydalarına nəzarət edə bilsin.

Bununla yanaşı aydındır ki, Rusiya və ABŞ arasında danışıq predmeti ola biləcək mövzu çoxdur. Bura strateji stabilliyin təminatı ilə bağlı məsələlər, kiçik və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma, strateji hücum silahlarının ixtisarı haqqında razılaşmalardan birtərəfli çıxmaq təhlükəsinin qarşısının alınması və s. daxildir. Siyahını çox uzatmaq olar: Suriya problemi sülh yoluyla həll olunduqdan sonrakı mərhələdə atılacaq addımlar, İran və Ukraynadakı siyasi böhran, NATO-nun mümkün genişlənməsi məsələsi...

Odur ki, düşünürəm, danışıqların gündəliyi geniş ola bilər”.

Tarix
2018.10.12 / 14:50
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla