Yuxarı

Lex Valensa: “... Polşa Rusiyaya hücum edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lex Valensa: “... Polşa Rusiyaya hücum edəcək”

Polşanın eks-prezidenti İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində Rusiyanın Ukraynada özünü çətinə saldığından danışıb.

NATO-dan Putinə 62 yaş "açıqcası"

"Hücum planı hazırlayan Moskva Ukraynanın müqavimətinini nə qədər güclü olacağını hesablamamışdı. İndi isə Kreml geriyə yol axtarır". Musavat.com xəbər verir ki, bu sözləri Polşanın eks-prezidenti Nobel ödüllü Lex Valensa deyib.

İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində Rusiya-Ukrayna savaşı haqqında danışan eks-prezident bildirib Rusiya prezidenti Vladimir Putini məsuliyyət hissindən məhrum siyasətçi adlandırıb:"Putin məsuliyyətsizdir. İndi o, Polşada da Ukraynada yaratdığı xaosdan yaratmaq istəyir. Buna görə də biz NATO-nun Polşaya əlində olan ən yaxşı, ən çağdaş raketlərdən verməsini istəyirik. Polşa həmin raketləri gərək olan istiqamətə yönələndirməlidir".

Lex Valensa deyib ki, əgər bir gün Moskva Qdanska hücum etsə, Polşa ordusuna Moskvaya hücum ənmri verəcək: "Biz Rusiyanı sevirik. Rusiya özbaşınalıqlara son qoymalıdır. Rusiya bizə lazımdır. Ancaq sivil Rusiya. Rusiyaya isə öz iç siyasi gərəkçələri ilə hər zaman düşmən lazımdır. Rusiya böyük yanlışlıqlara yol verir. Kreml Ukraynanın müqavimət gücünü düzgün hesablaya bilmədi. Rusiya son dərəcə böyük, güclü düşmən seçdi, indi isə nə edəcəyini şaşırıb".

Lex Valensa deyib ki, Rusiyanın qonşuları ilə münasibətlərdə aqressiyadan əl çəkməyəcəyi ilə bağlı proqnozları Sovetlər Birliyi dağılmamışdan dəfələrlə bildirib: "25 il öncə mən əmin idim ki, Rusiya Şərqi Avropanın aqressiv azlıqlarından öz siyasəti üçün istifadə edəcək. Bu haqda dəfələrlə müxtəlif səviyyələrdə açıqlamalarım olub. İslahatların aparılması üçün uzun zamana ehtiyac var. Ruslar azlıqların narazılıq dalğasında müxtəlif ölkələrdə parlament seçkilərini qazanmağa çalışırlar ki, bütünlükdə ölkələri nəzarətlərində saxlasınlar. Hədəf Sovetlər Birliyini bərpa etməkdir. Ancaq indi Rusiya daha təhlükəli oyuna girişib. Kreml açıq savaşı seçib, tanklar üz-üzədir. Bu Rusiya üçün ağır nəticələrə gətirəcək".

ABŞ-ın Ukrayna böhranındakı rolundan danışan eks-prezident vurğulayıb ki, Ağ Ev Ukrayna ilə Rusiya arasında sülh vasitəçisi olmalı idi: "Vaşinqton savaş başlanmasını əngəlləməli, bizə çözüm yolları tapmamız üçün imkan yaratmalı idi. Bununla yanaşı ABŞ Polşaya və Ukraynaya öz raketlərindən də verməli idi".
Bu arada NATO-nun oktyabrın 7-də 62 yaşını qeyd edən Vladimir Putini özünəməxsus şəkildə təbrik etdiyi bəlli olub. NATO qaynaqlarının yaydığı xəbərə görə, alyans Rusiya prezidentinə ölkə sərhədlərinin cəmi 2 kilometrliyindəki zirehli tank alayının fotosunu göndərib.

Əsasən ABŞ ordu hissələrindən yaradılan bronitank briqadasının tam görüntüsü Pskov yaxınlarında çəkilib. İndi ABŞ qoşunları NATO-nun hətrbi təlimləri çərçivəsidə Ukrayna-Rusiya sərhədi yaxınlığındadır. Alyansın hərbi təlimin məqsədi ilə bağlı açıqlamasında bildirilir ki, NATO qoşunları Ukrayna-Rusiya sərhədi yaxınlığında əraziləri "hibrid savaş"dan qoruma taktikasını təkmilləşdirir.

Tarix
2014.10.09 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla