Yuxarı

Bransonun azad edildiyi gün Ərdoğanın işarəsi... - Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin casus-keşişi həbs etməkdə əsas məqsədi ABŞ-la bazarlıq idi ki, bu da siyasətdə normal qarşılanır.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış jurnalist, politoloq Ruslan Bəşirli keşiş Endryu Bransonun bu gün İzmir Məhkəməsinin qərarı ilə azadlığa buraxılması haqda danışarkən deyib. Onun sözlərinə görə, Bransonun bir CİA casusu olduğu, Suriyada PKK/PYD terrorçuları ilə görüşlər keçirdiyi, İraqda təxribatlar törətdiyi, Türkiyənin kürdlər yaşayan bölgələrində təxribatlara cəhd etdiyi faktlarla təsdiq edilmişdi. Lakin Türkiyə casus-keşiş Bransonu ABŞ-a təhvil verdi:

“ABŞ-dan edilən açıqlamalarda Bransonun Birləşmiş Ştatlar üçün çox vacib bir adam olduğu görünürdü. Türkiyədən də edilən açıqlamalarda bazarlıq istəyi gizlədilmirdi. Bransonun həbsdən azad edilməsi haqda məhkəmə qərarından təqribən 2 saat öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 müxtəlif tədbirdə Fərat çayının şərqini işğal etmiş PKK/PYD/YPG terrorçularına qarşı qısa zamanda əməliyyatların başlayacağı siqnalını verdi. Bu ərazilər Türkiyə ilə sərhəddə yerləşir və Ankara üçün Menbiç də daxil olmaqla, bölgənin PKK/PYD terrorundan təmizlənməsi çox vacibdir. ABŞ uzun müddətdir ki, dəstəklədiyi PKK/PYD-yə qarşı Türkiyənin əməliyyat keçirməsinə imkan vermir. Fəratın şərqinin PKK/PYD terrorundan təmizlənməsi PKK/PYD-nin tamamilə bitməsi deməkdir. Fəratın şərqində Menbiç, Ayn-əl Ərəb (Kobani), Resulayın və Qamışlı kimi qəsəbə və şəhərlər yerləşir. Bransonun azad edilməsindən saatlar öncə Ərdoğanın Fəratın şərqi üçün əməliyyat siqnalı verməsi, məncə, Türkiyə ilə ABŞ-ın bu məsələdə razılıq əldə etdiyini göstərir. Ehtimal ki, qısa bir zamanda biz "Zeytun budağı"ndan daha böyük bir əməliyyatın şahidi olacağıq və ABŞ Türkiyənin həyata keçirdiyi bu əməliyyata ciddi reaksiya verməyəcək”.

R.Bəşirli bildirib ki, Branson artıq ifşa olunmuş bir fiqurdur, çətin ki, ABŞ ondan Türkiyə və Yaxın Şərqdə bir daha istifadə etsin:

“Böyük ehtimalla ya CİA-nin ofislərindən birində agent təcrübəsini bölüşəcək, ya da mediada Türkiyə əleyhinə aparılan təbliğat işlərində ondan istifadə edəcəklər”.

Tarix
2018.10.12 / 23:17
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla