Yuxarı

Boltonun Bakı və İrəvan turu: “Paşinyan iqtidara gəlsə...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolton ABŞ Prezidenti Donald Trampın ən yaxın silahdaşlarından biridir. Boltonun səfəri heç də gündəlik, protokol səfər hesab olunmamalıdır.

Bu sözləri Axar.az-a ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Rusiya və Qafqaz ölkələrinə oktyabrın 20-də edəcəyi səfəri şərh edən politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Bolton Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanda olmağı planlaşdırır:

“Bu, ilk növbədə ABŞ-ın öz maraqlarından doğan səfərdir. Onun Rusiyaya səfəri olduqca əhəmiyyətlidir. Son vaxtlar Tramp və Putinin yenidən görüşəcəyi ilə bağlı KİV-lərdə xəbərlər yayılır. Yayılan xəbərlərdə Putin və Trampın görüşünün hazırlandığı qeyd edilir. Tramp və Putinin gələcək görüşünü hazırlayan əsas şəxslərdən biri də məhz Boltondur.

Onun Gürcüstana səfəri isə təftiş xarakterlidir. Abxaziya, Cənubi Osetiya məsələsi görüşdə əsas müzakirə mövzusu ola bilər. Gürcüstanın NATO üzvü olması istiqamətində də müəyyən danışıqlar aparılacağını istisna etmirəm”.

Politoloq qeyd edib ki, Boltonun Azərbaycana və Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsi baxımından əhəmiyyətlidir:

“Çünki ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu məsələdə birbaşa Trampa məruzə üçün Boltonun özü seçilə bilər. Buna görə də Azərbaycan üçün əsas istiqamətdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılacaq addımlar və Bakının fikirlərinin birbaşa ABŞ Prezidenti Donald Trampa düzgün çatdırılmasıdır”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtla gözlənilən məsələ deyil:

“Bütün beynəlxalq faktorlar və münaqişə tərəfləri müəyyən kompromisə getməklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu məsələni həll edə bilər. 2019-cu ildə müəyyən qədər diplomatik sahədə və digər istiqamətdə Azərbaycanın müsbət uğurları olması gözlənilir. Hətta deyərdim ki, Ermənistanda seçkilər bitdikdən sonra əgər Paşinyan qaıib gəlsə, onda bu istiqamətdə müəyyən addımların atılacağı ehtimal olunur”.

Tarix
2018.10.13 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla